Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir

Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edirAvqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda son illərdəki uğurları qeyd edərək iqtisadi, sosial sahələrdə görülən işlərə, bölgənin gələcək inkişafı planlarına, müdafiə və digər məsələlərə geniş yer ayırıb.
Müsahibədə bölgədə yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsinə geniş toxunulub. Vurğulanıb ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi hər zaman ölkə rəhbərliyinin qarşısında durub və bu hədəflərə doğru inam və böyük məharətlə addımlar atılır.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan ölkəmizə qaytarıldı. Müharıbədə tam məğlub olan Ermənistan bu bəyanatı imzalamağa məcbur edilmişdi. Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz öz əksini tapmışdır. Lakin İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmayıb və keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə qalmaqda idi. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilib.
Avqustun 8-də Vaşınqton görüşünün bir illiyi ilə əlaqədar Prezident İlham Əliyevin ABŞ Prezidenti Trampla telefon söhbət əsnasında bu məsələyə də toxunuldu və "hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək".
Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra dərhal işğaldan azad edilən bölgələrdə, o cümlədən Naxçıvana doğru gedən dəmir və avtomobil yollarının bərpasına başlanıldı. Bu gün Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Dəmir yolunun tikintisi də sürətlə davam edir. lakin Ermənistan ərazidindən keçən 42 km-ə yaxın yol hələ də hazır deyildir. Cənab Prezidentin qeyd etdiyi kimi: "istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək".
Dəmir yolunun Ordubad və Sədərək rayonlarının ərazisindən keçən hissəsi 3-7 km arasındadır və bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. Dövlət başçısının qeyd etdiyi kimi ilkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Qarşıya qoyulan məqsəd gələcəkdə bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yükün keçməsidir ki, bunun üçün hazırda mövcud olan dəmir yolu yenidən qurulmalı, reabilitasiya edilməlidir. Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək vəziyyətə çatdıra bilər və çatdırmalıdır.
Bu gün bir çox beynəlxalq qurum, bəzi ölkələr, o cümlədən Avropa İttifaqı xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərirlər və Aİ nümayəndələri Naxçıvana ezam edilərək yerlərdə vəziyyətlə tanış olublar.
Yeni yol təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün əhəmiyyətlidir. Bu yol Şərq-Qərb və eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaqdır. Cənab Prezidentin qeyd etdiyi kimi: "Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır".
İşlər başa çatdıqdan sonra buradan 15 milyon, bəlkə daha çox yük daşınacaq, bu da öz növbəsində daha böyük canlanmaya gətirib çıxaracaq. Bölgədə daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək, ölkəmizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək. Prezident İlham Əliyevin əminliklə qeyd etdiyi kimi - bu, tam mümkündür.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.