Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcəkBu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Artıq 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Bu böyük işlərlə yanaşı ölkənin digər bölgələri də yaddan çıxarılmayıb, hər yerdə böyük quruculuq işləri həyata keçirilir. Aparılan quruculuq işləri Naxçıvandan da yan keçməyib.
Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Prezident seçildikdən sonra 17-ci dəfə Naxçıvana gələn ölkə başçısı burada bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edir, Naxçıvanın sosial-iqtisadi inkişafına töhfə verəcək obyektlərdə aparılan işlərlə tanış olub.
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib. Cənab Prezident AzTV-yə müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyib. Dövlətimizin başçısı, həmçinin Naxçıvanda hərbi potensialın gündən-günə gücləndirildiyini və bundan sonra da gücləndiriləcəyini bildirib. Bu istiqamətdə də böyük işlər görülüb, ölkə başçısının müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordu və yeni komando qüvvələri yaralıb, Naxçıvandakı hərbi hissələri ən müasir texnika və digər vasitələrlə təchiz edilib, bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev xususi qeyd edib ki, "Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək".
Müsahibədə həmçinin Naxçıvanın enerji təminatı və enerji təhlükəsizliyi ilə bağlı məsələlərə geniş yer ayrılıb. Ölkə başçısı bu gün Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkə olduğunu bildirib. "Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin", - deyə dövlətimizin başçısı vurğulayıb.
Bildirilib ki, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün dövlət tərəfindən vəsait ayrılacaqdır. Burada yerli investorlar tərfində 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edilir. Xarici investorlar da bura maraq göstərirlər
Hazırda Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq Naxçıvanda yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi 600 hektardan çox ərazi müəyyən edilib. "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik", - deyə dövlətimizin başçısı qeyd edib.
Bu gün ölkəmizin enerji xətləri Rusiya, İran, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına imkan yaradacaq. Qabaqlayıcı tədbirlər olaraq son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırılıb.
Ölkə başçısının müsahibəsində qeyd etdiyi kimi: "Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər".
Bu gün bölgədə yeganə ixrac marşrutu - Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bu marşrut gələcəkdə genişləndirilməlidir. Həmçinin, Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. İkinci xətt olarsa, bu ancaq bizim gücümüzü artıracaqdır.
Prezident İlham Əliyevin Naxçıvan şəhərində Azərbaycan Televiziyasina verdiyi müsahibədə bildirib ki, Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək. "Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir. Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir. Sadəcə olaraq, burada koordinasiya işləri düzgün səviyyədə, lazımi səviyyədə aparılmalıdır və danışıqlar sürətləndirilməlidir. Deyə bilərəm ki, bu gün həm Türkiyə ilə, həm İranla bu barədə danışıqlar aparılır. Hələ ki, bir şey demək tezdir. O ki qaldı, Ermənistana, yenə də demək istəyirəm, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar" deyə cənab Prezident əavə edib.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Ermənistana bir ay vaxt verib: Paşinyan seçim qarşısında

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyana Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etmək üçün bir ay vaxt verib. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiyanın tələblərinin yerin

12:00 65
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11.08.2026 274
.

Pul müqabilində insanları döyürdü, həbs olundu

Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı

11.08.2026 246
.

II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupu üzrə qəbul planına əsasən, illik təhsil haqqı məbləğlərində dəyişikliklər müşahidə olunur. Bir sıra universitetlər ötən illə müqayisədə ödənişləri artırıb, bəzi ali məktəblərdə isə məbləğlər əvvəlki səviyyədə saxlanılıb. saytı Dövlə

10:22 158
.

Azərbaycanda qiymətlər niyə hər il artır? - Bahalaşmanın əsas səbəbləri

"Azərbaycanda qiymətlərin hər il müəyyən qədər artmasının əsas səbəblərindən biri iqtisadiyyatda gedən inflyasiya prosesidir. Qiymətlərin davamlı yüksəlməsi təkcə bir məhsulun və ya sahənin problemi deyil. Ərzaqdan xidmətlərə, tikintidən nəqliyyata qədər müxtəlif istiqamətlərdə qiymət artımını

12:34 0
.

Məşhur aktyor həyatına son qoymaq istədi - Boşanmaya görə...

62 yaşlı Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. xarici mediaya istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzun illər davam edən münaqişənin və övladları ilə münasibətlərində yaranan uzaqlığın ona ciddi emosional təsir göstərdiyini bildirib

11.08.2026 268
.

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

ABŞ-ın Appalaç dağlarının təcrid olunmuş bölgəsində yaşayan Fyugeyt ailəsi görənləri və eşidənləri heyrətə gətirir. Ailənin tarixçəsi coğrafi təcridin və uzun illər davam edən yaxın qohum nikahlarının necə qəribə və qorxuducu bioloji nəticələrə səbəb ola biləcəyinin klassik nümunəsidir. xarici mediay

11.08.2026 316
.

O da "Kızılcık şerbeti"ndən getdi

Türkiyənin məşhur serialı "Kızılcık şerbeti"nin 5-ci sezonunda daha bir aktrisa layihə ilə vidalaşır. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Nursema obrazına həyat verən aktrisa Ceren Karakoç da layihədən ayrılır. Beləliklə, serialın ilk sezon heyətində

11.08.2026 321
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11.08.2026 326
.

TOP MP3