Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: inkişaf, təhlükəsizlik və gələcəyə baxış

Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: inkişaf, təhlükəsizlik və gələcəyə baxışAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

Müsahibədə Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji təminatı, nəqliyyat infrastrukturu, sənaye, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması kimi mühüm məsələlərə toxunulub.Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin strateji baxımdan mühüm bölgələrindən biridir. Dövlət siyasətinin əsas məqsədlərindən biri Naxçıvanın təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi, iqtisadi potensialının artırılması və əhalinin rifahının daha da yüksəldilməsidir.

Son illərdə Naxçıvanda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Yeni yolların salınması, sosial obyektlərin yenilənməsi, sənaye müəssisələrinin yaradılması və enerji layihələrinin reallaşdırılması regionun inkişafına yeni dinamika verir.Xüsusilə enerji sahəsində Naxçıvanın böyük potensialı var. Günəş enerjisindən və digər bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi həm regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də Azərbaycanın yaşıl enerji strategiyasına mühüm töhfə verə bilər.
Sənayeləşmə də Naxçıvanın gələcək inkişafında xüsusi rol oynayacaq. Yeni sənaye müəssisələrinin yaradılması istehsalın artmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına imkan verəcək. Bu isə öz növbəsində əhalinin məşğulluğunun yüksəlməsinə və region iqtisadiyyatının daha da şaxələndirilməsinə xidmət edəcək.
Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir yolların və nəqliyyat infrastrukturunun yaradılması bölgənin həm Azərbaycanın digər əraziləri, həm də region ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsinə şərait yaradır.

Burada mühüm məqamlardan biri də Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə Azərbaycanın yeni regional inkişaf modelində mühüm yer tutmasıdır. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri ölkəmizin iqtisadi və nəqliyyat imkanlarını daha da genişləndirir.Naxçıvanın turizm potensialı da xüsusi qeyd olunmalıdır. Bu qədim diyar zəngin tarixi-mədəni irsi, təbiəti və müalicəvi imkanları ilə seçilir. Əlincəqala, Möminə xatun türbəsi, Duzdağ və digər tarixi və təbii məkanlar Naxçıvanın turizm imkanlarının genişləndirilməsi üçün böyük potensial yaradır.Tarixi abidələrin qorunması isə yalnız mədəni irsimizin yaşadılması deyil, həm də milli yaddaşımızın gələcək nəsillərə ötürülməsi deməkdir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Naxçıvanın inkişafı kompleks və uzunmüddətli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu siyasətin mərkəzində isə insan amili dayanır. Yeni iş yerlərinin yaradılması, sosial infrastrukturun yaxşılaşdırılması, yolların və kommunal xidmətlərin yenilənməsi, iqtisadi imkanların genişləndirilməsi nəticə etibarilə insanların daha rahat və firavan həyatına xidmət edir.

Əminliklə demək olar ki, qarşıdakı dövrdə Naxçıvanın iqtisadi, sosial və infrastruktur baxımından daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq.Naxçıvanın güclənməsi Azərbaycanın güclənməsidir. Bu qədim Azərbaycan torpağının inkişafı, təhlükəsizliyi və rifahı dövlətimizin daim diqqət mərkəzindədir.

Təranə Paşayeva
Psixologiya üzrə fəlsəfə doktoru, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, LOQOS Psixoloji və Nitq İnkişafı Mərkəzi-nin təsisçisi və rəhbəri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.