Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?
Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar.
Qaynarinfo xəbər verir ki, "Komputer Swiat"ın məlumatına görə, Yerin nüvəsi planetimizin səthindən təxminən 5180 kilometr dərinlikdə yerləşir və hələ də kifayət qədər yaxşı öyrənilməyib. Seysmoloqlar və geoloqlar mantiyanın altında, Yerin dərinliklərində baş verən proseslərlə bağlı bir çox suallara cavab axtarırlar. Bu suallardan biri artıq uzun illərdir müzakirə olunan nüvənin fırlanmasının yavaşlaması ilə bağlıdır.
"Nature" jurnalında dərc olunan araşdırma əvvəlki fərziyyələri təsdiqləyib: Yerin daxili nüvəsi həqiqətən daha yavaş fırlanır və bundan əlavə, hazırda fərqli istiqamətdə hərəkət edir.
Tədqiqatçılar 1964-cü ildən başlayaraq daxili nüvədən keçən zəlzələ seysmik dalğalarını izləyiblər. Bunun əsasında onlar dünyanın eyni ərazilərində baş verən zəlzələlər nəticəsində yaranan, lakin müxtəlif vaxtlarda qeydə alınan dalğaların keçdiyi 121 nöqtəni seçiblər. Araşdırmaya, həmçinin 1971-1974-cü illərdə Sovet İttifaqının keçirdiyi nüvə sınaqlarından yaranan zərbə dalğaları ilə bağlı məlumatlar daxil edilib.
Alimlərin fərziyyəsinə görə, nüvənin fırlanması seysmik dalğanın keçmə müddətinə təsir göstərir. Bu göstəricilərin müqayisəsi nüvənin fırlanmasında 70 illik dövrün mövcud olduğunu ortaya çıxarıb. Hazırkı yavaşlama, ehtimal ki, həmin dövrün bir hissəsidir. Bunun hansı nəticələrə səbəb ola biləcəyi isə hələlik məlum deyil.
Məlumatlar göstərib ki, bu dövr ərzində nüvənin fırlanması müxtəlif sürətlərlə gah yavaşlayır, gah da sürətlənir. Bunun səbəbi də alimlər üçün hələ də sirr olaraq qalır. Hesablamalar doğrudursa, təxminən 10 ildən sonra nüvənin fırlanması yenidən sürətlənməyə başlamalıdır.
Alimlər nüvənin fırlanma istiqamətinin dəyişməsinin insanların həyatına təsir göstərməyəcəyini bildirirlər.
"Bu təsirin insan həyatına təsirinə gəldikdə, bunun böyük əhəmiyyət daşıdığını təsəvvür edə bilmirəm", deyə Cənubi Kaliforniya Universitetinin seysmoloqu Con Vidale bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 93 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzillər bahalaşacaq? - Ekspert bazardakı əsas fərqi açıqladı
"Mənzil bazarında qiymətlərin müəyyən seqmentlər üzrə artmaqda davam etməsi daha real görünür. Lakin burada mühüm fərq var: qiymət artımının davam etməsi ilə mənzillərin sürətlə bahalaşması eyni deyil". Bunu BİG.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qey
12.08.2026 207 Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı
Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitini
12.08.2026 358 Bloqer canlı yayımda öldü
Koreyada K-pop icmasının tanınmış simalarından biri Mina Çan 26 yaşında vəfat edib. Hadisə sosial şəbəkədə canlı yayım zamanı baş verib. Yayımı izləyən çoxsaylı istifadəçi qız üçün təcili tibbi yardım çağırıb. xarici mediaya istinadla bildirir ki, Çanın meyiti səhər saat 05:33-də yaşadığı mənzildə aşkarlanıb
12.08.2026 230 Ekrem İmamoğlu CHP-dən istefa verdi
Türkiyənin İstanbul şəhərinin həbsdə olan sabiq bələdiyyə sədri Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. xəbər verir ki, İmamoğlu öz sosial şəbəkə hesabında partiyada 17 illik üzvlüyünə son qoyduğunu bildirib. Qeyd edək ki, E.İmamoğlu hazırda həbsdədir və İstanbu
12.08.2026 113 AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb. -ı
12.08.2026 294 İngilis kanalında yeni rekord: Bir qayıqda 230 miqrant
Rekord sayda miqrant daşıyan kiçik qayıq Böyük Britaniyaya çatıb. xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Məlumata görə, qayıqda 230 nəfər olub. Bu, bir gəmidə İngilis kanalını keçərək Böyük Britaniyaya çatan ən böyük miqrant qrupudur. Bundan əvvəl bir qayıqla İngilis kanalını keçə
12.08.2026 184 Şəhərin mərkəzində avtobus yandı - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlə
12.08.2026 124 Valideynlərə XƏBƏRDARLIQ: Bu məhsulların qiyməti BAHALAŞDI
Yeni tədris ili yaxınlaşdıqca məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər məktəb məhsullarına tələbatın artması qiymət məsələsini yenidən gündəmə gətirir. Valideynlərin qarşıdakı həftələrdə daha böyük xərclərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar da artır. Bəs, məktəb alış-verişind
12.08.2026 296 Bu məscid və ziyarətgahlara işçi axtarılır
İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. "Qafqazinfo" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı - müəzzin vəzifələri üzrədir. İmam vəzifəs
12.08.2026 233