Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı

Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bu gün Naxçıvana yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyar kimi baxmaq kifayət deyil. Naxçıvan artıq yeni mərhələyə qədəm qoyur. Burada söhbət təkcə şəhərin abadlaşdırılmasından, yeni sosial obyektlərin yaradılmasından və infrastrukturun yenilənməsindən getmir. Əsas məsələ Naxçıvanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində yeni funksional status qazanmasıdır."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Prezidentin səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanışlıq, yeni elektrik avtobuslarının təqdimatı və şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq təsadüfi deyil. Bunlar vahid strategiyanın ayrı-ayrı istiqamətləridir.
Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdıNaxçıvanın gələcəyini müəyyənləşdirəcək əsas amillərdən biri onun nəqliyyat-logistika imkanlarının genişlənməsidir. Orta Dəhlizin inkişafı fonunda Naxçıvanın mövqeyi tamamilə yeni məna kəsb edir. Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat bağlantılarının genişlənməsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması Naxçıvanı regional logistikanın mühüm halqalarından birinə çevirə bilər. Bu baxımdan Naxçıvanı yalnız bir region kimi deyil, Avrasiyanın nəqliyyat xəritəsində mühüm qovşaq kimi təsəvvür etmək lazımdır. Rəsmi sənədlərdə də Naxçıvanın Zəngəzur bağlantısı vasitəsilə Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilməsi perspektivi vurğulanır.

Burada daha mühüm bir məqam var. Naxçıvanın inkişafını yalnız tranzitlə məhdudlaşdırmaq doğru olmaz. Tranzit gəlir gətirir, amma sənaye uzunmüddətli iqtisadi güc yaradır. Məhz buna görə Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə nəqliyyat, logistika, sənaye, enerji və xidmət sektorlarının bir-birini tamamlaması Naxçıvanda yeni iqtisadi model formalaşdıra bilər.
Başqa sözlə, Naxçıvan yük maşınlarının keçdiyi ərazi olmaqdan daha böyük bir funksiyaya yiyələnə bilər. Burada yüklər qəbul edilə, çeşidlənə, emal oluna, istehsal proseslərinə cəlb edilə və daha sonra müxtəlif istiqamətlərə daşına bilər. Bu isə artıq klassik tranzit deyil, müasir logistika və sənaye iqtisadiyyatıdır.

"Hesab edirəm ki, Naxçıvanın coğrafi mövqeyi, yəni Türkiyə və İranla sərhəddə yerləşməsi də onun gələcək imkanlarını artıran mühüm faktordur. Azərbaycanın regional siyasətinin mahiyyəti qarşıdurma deyil, kommunikasiya və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Ona görə də Naxçıvan həm Türkiyəyə, həm İran istiqamətinə, həm də gələcək Zəngəzur bağlantısı vasitəsilə Azərbaycanın əsas hissəsinə çıxış imkanlarını birləşdirən mühüm platformaya çevrilə bilər.

Bu mənada "yeni Naxçıvan" ifadəsi heç də şüar deyil. Bu, iqtisadi və geosiyasi reallığın dəyişməsindən irəli gələn zərurətdir.

Bu gün Naxçıvanda həyata keçirilən layihələrə ayrı-ayrılıqda deyil, vahid strategiyanın tərkib hissələri kimi baxmaq lazımdır. Sənaye Parkı sənaye dayağıdır, dəmir yolu logistika damarlarıdır, enerji layihələri iqtisadi təhlükəsizliyin təminatıdır, yeni şəhər Baş Planı isə bu inkişafın məkan modelidir.

Beləliklə, Naxçıvan Azərbaycanın qərbdəki strateji dayağından Avrasiyanın mühüm iqtisadi və nəqliyyat qovşaqlarından birinə çevrilmək yolundadır.

Prezident İlham Əliyevin səfərinin əsas mesajı da məhz budur ki, Qarabağda olduğu kimi, Naxçıvanda da yeni dövr başlayır. Fərq ondadır ki, Qarabağda söhbət işğaldan azad edilmiş ərazilərin dirçəldilməsindən gedirdisə, Naxçıvanda söhbət Azərbaycanın bu strateji diyarının mövcud potensialının tamamilə yeni səviyyəyə çıxarılmasından gedir.

Düşünürəm ki, qarşıdakı illərdə Naxçıvanı yalnız xəritədə Azərbaycanın qərb hissəsində yerləşən muxtar respublika kimi deyil, Azərbaycanın Avrasiyaya açılan mühüm qapılarından biri, Orta Dəhlizin potensial logistika mərkəzi və yeni sənaye məkanı kimi görəcəyik.

Bəli, Naxçıvanın yeni dövrü başlayır. Bu dövrün əsas açar sözləri isə yol, logistika, sənaye, enerji, investisiya və regional əməkdaşlıqdır."- deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.