Süni intellekt çökərsə, işlər də dayanacaq? - Ekspert açıqladı

Süni intellekt çökərsə, işlər də dayanacaq? - Ekspert açıqladı"Süni intellektin bütün sahələrdə deyil, daha çox proseslərin optimallaşdırılması, məlumatların təhlili və avtomatlaşdırılması istiqamətində əsas dəyişikliklər yaradacağı daha real yanaşmadır. Sİ-nin geniş istifadəsi onun əsas dayaq nöqtəsinə çevrilməsi riskini artırır. Lakin burada problem texnologiyanın özündən çox, onun necə tətbiq olunması ilə bağlıdır".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, Sİ sistemlərinin əlçatmaz olması ilə bağlı əsas risk asılılıq problemidir. Əgər müəssisə bütün kritik qərar və əməliyyatlarını yalnız bir Sİ modelindən asılı vəziyyətə salıbsa və alternativ planı yoxdursa, bu, ciddi risk yaradır. Peşəkar yanaşmada isə Sİ işin əvəzedicisi deyil, prosesləri sürətləndirən vasitə kimi qəbul edilməlidir. Yəni sistem dayandıqda iş tamamilə dayanmalı deyil, sadəcə proseslərin sürəti azalmalıdır:

"Əsl təhlükə Sİ-nin texniki xətalarından daha çox, onun verdiyi nəticələrin insan tərəfindən yoxlanılmadan qəbul edilməsidir. İnsan nəzarəti olmayan iş modelində Sİ-nin hər hansı halüsinasiyası və ya sistem xətası ciddi nəticələrə səbəb ola bilər. Bu isə texnologiyanın deyil, idarəetmə modelinin yanlış qurulmasıdır.

Nəticə etibarilə, süni intellektdən istifadə müəyyən risklər yaratsa da, onları idarə etmək mümkündür. Ən doğru yanaşma Sİ-ni "mərkəzi beyin" deyil, güclü köməkçi kimi qəbul etməkdir. Əsas iş prosesləri, strateji düşüncə və kritik qərarlar insan nəzarətində qalmalı, Sİ isə onları dəstəkləməlidir. Bu halda texnoloji problem və ya sistem xətası baş verdikdə belə, iş prosesləri tamamilə dayanmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.