Elektrikli maşın sahiblərinin DİQQƏTİNƏ: Evdə şarj edənlər daha çox elektrik pulu ödəyə bilər

Elektrikli maşın sahiblərinin DİQQƏTİNƏ: Evdə şarj edənlər daha çox elektrik pulu ödəyə bilərElektromobillərin mühərrikləri yüksək səmərəliliyi ilə seçilsə də, avtomobilin enerji ilə doldurulması zamanı müəyyən elektrik itkisi yaranır. Araşdırmaya görə, bəzi modellərdə ev şəraitində enerji doldurma zamanı bu göstərici 25 faizə yaxınlaşa bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər elektromobillərin ictimai sürətli enerji doldurma stansiyalarında və evdə müxtəlif gücə malik elektrik mənbələrindən doldurulması zamanı yaranan enerji itkisini müqayisə ediblər. Sınaqlarda Volkswagen ID.7, Tesla Model Y, Mercedes CLA 350, Renault 5 E-Tech və Volvo EX30 modellərindən istifadə olunub.

Evdə enerji doldurarkən nə qədər elektrik itir?

Elektromobil evdə dəyişən cərəyanla enerji ilə doldurulduqda, elektrik enerjisinin batareyaya ötürülməsi üçün sabit cərəyana çevrilməsi lazımdır. Bu işi avtomobilin daxilində yerləşən OBC (on-board charger) modulu həyata keçirir.

Mütəxəssislər enerji itkisini 11 və 22 kVt, həmçinin daha aşağı - 4,1 və 2,3 kVt gücdə sınaqdan keçiriblər. Avtomobillərin batareyaları 10 faizdən 90 faizədək doldurulub, batareyanın ilkin temperaturu isə 20-30 dərəcə arasında olub. Məlum olub ki, dəyişən cərəyanın sabit cərəyana çevrilməsi zamanı OBC modulunda nəzərəçarpacaq enerji itkisi yaranır.

Bundan başqa, enerji doldurma zamanı modulun soyudulması, avtomobilin elektron sistemlərinin işləməsi, kabellər və batareya da əlavə enerji sərf edir. Maraqlıdır ki, enerji doldurma gücü nə qədər aşağı olarsa və proses nə qədər uzun çəkərsə, ümumi itki də bir o qədər çox olur.

Sınaqda iştirak edən beş avtomobildən yalnız Volvo EX30 22 kVt gücündə enerji qəbul edə bilib. Bu halda enerji itkisi 6,7 faiz təşkil edib. 11 kVt gücdə itki 7 faiz, 4,1 kVt-da 9,1 faiz, 2,3 kVt gücündə isə 14,2 faiz olub.

11 kVt gücündə ən yaxşı nəticəni Renault göstərib enerji itkisi cəmi 5,1 faiz olub. Digər avtomobillərdə isə bu göstərici 6 faizdən çox olub. Ən böyük itkilər adi ev elektrik mənbəyindən 2,3 kVt gücündə enerji doldurarkən qeydə alınıb. Renault-da itki 13,7 faiz, Volkswagen ID.7-də 15,3 faiz, Tesla-da isə 12,7 faiz təşkil edib. Ən yüksək göstərici Mercedes CLA-da qeydə alınıb. Bu avtomobil adi elektrik mənbəyindən enerji ilə doldurularkən enerjinin 24,2 faizini itirib. Ekspertlərin fikrincə, buna avtomobildə istifadə olunan OBC modulunun konstruksiyası səbəb olub.

Araşdırmanın nəticələrinə görə, ev şəraitində üçfazalı elektrik xəttindən istifadə daha sərfəli hesab olunur. Çünki daha yüksək gücdə enerji doldurmaq itkilərin azalmasına imkan verir. Məsələn, Mercedes CLA adi elektrik mənbəyindən doldurulduqda 25 kVt·saat enerjinin batareyaya çatması üçün şəbəkədən 32,98 kVt·saat elektrik sərf edir. Beləliklə, gündə 7,98 kVt·saat enerji itirilir. Bir ay ərzində bu rəqəm 239,4 kVt·saata çata bilər.

Üçfazalı elektrik xəttindən istifadə zamanı isə eyni avtomobildə itki 6,9 faizədək azalır. Batareyaya 25 kVt·saat enerji ötürmək üçün şəbəkədən 26,85 kVt·saat elektrik götürülür. Bu halda aylıq itki təxminən 55,5 kVt·saat olur. İki üsul arasındakı fərq ay ərzində 183,9 kVt·saata çatır.

Sürətli enerji doldurma stansiyalarında vəziyyət necədir?

İctimai sürətli enerji doldurma stansiyalarında OBC modulunda yaranan itki aradan qalxır. Çünki belə stansiyalar avtomobilə birbaşa sabit cərəyan ötürür. Lakin burada da müəyyən enerji itkisi mövcuddur. Stansiyanın elektron avadanlıqları və bəzi hallarda maye ilə soyudulan kabellər əlavə elektrik sərf edir. Sürətli enerji doldurma zamanı batareyanın temperaturunun yüksəlməsi də itkiləri artırır.

Müasir elektromobillərdə batareyanın temperaturunu optimal səviyyədə saxlamaq üçün xüsusi istilik idarəetmə sistemlərindən istifadə olunur. Bu sistemlərin işləməsi isə bəzən 2-3 kVt əlavə güc tələb edə bilər. Bununla belə, sürətli enerji doldurma prosesi qısa müddət davam etdiyindən avtomobil tərəfində faizlə ifadə olunan itkilər daha aşağı olur. Havanın temperaturu 23 dərəcə olduqda itki 1-4 faiz arasında dəyişib.

Temperatur 0 dərəcə olduqda və batareya əvvəlcədən uyğun temperatura gətirildikdə itki 1-6 faiz təşkil edib. Əvvəlcədən hazırlıq aparılmadıqda isə göstərici 7-10 faizə yüksəlib. Ekspertlər müəyyən ediblər ki, batareyanın əvvəlcədən uyğun temperatura gətirilməsi enerji doldurma müddətini azalda və batareyanın ömrünə müsbət təsir göstərə bilər. Lakin bu funksiya ümumi elektrik sərfiyyatını azaltmır, sadəcə enerjinin istifadə vaxtını dəyişir.

Enerji doldurma stansiyasının özündə də təxminən 5 faiz itki yaranır. Nəticədə elektrik şəbəkəsindən avtomobilin batareyasına qədər ümumi enerji itkisi şəraitdən asılı olaraq təxminən 5-15 faiz arasında dəyişə bilər.

Araşdırmaya görə, ictimai sürətli enerji doldurma stansiyaları əsasən hava temperaturu optimal olduqda daha səmərəli nəticə göstərir. Batareyanın intensiv şəkildə qızdırılması və ya soyudulması tələb olunduqda isə bu üstünlük xeyli azalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.