Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət - İş adamı barədə İNANILMAZ İDDİALAR
Rusiyanın iri ət istehsalçılarından olan "Sibagro" şirkətinin sahibi Andrey Tyutyuşev maliyyə vəziyyəti, aldığı dövlət dəstəyi və Avropadakı biznes əlaqələri ilə gündəmə gəlib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, "Sibagro" 2026-cı ildə əmlakını və səhmlərini girov qoyaraq bir neçə iri kredit müqaviləsi bağlayıb. Bəzi kredit xətlərinin 2038-ci ilin dekabrınadək qüvvədə olacağı bildirilib.
Şirkət borclanır, sahibi şəxsi təyyarə ilə gəzir
Məlumata görə, təxminən 20 hüquqi şəxsdən ibarət şirkətlər qrupu ötən il ümumilikdə 4,2 milyard rubl xalis zərərlə üzləşib. Buna əsas səbəb kimi borclara xidmət xərclərinin sürətlə artması göstərilib. Buna baxmayaraq, qrupun öhdəliklərinin daha 2,5 milyard rubl artırıldığı irəli sürülüb.
Bildirilir ki, Tyutyuşevin yay aylarında şəxsi təyyarə ilə səfərlərə çıxdığı da vurğulanıb. "Sibagro"nun 2020-ci ildə lizinq yolu ilə aldığı "Bombardier Global 5000 Vision" təyyarəsinin iyulun 29-da Tbilisiyə endiyi bildirilib. Həmin təyyarənin daha əvvəl Bodrum və Moskvada olduğu qeyd edilib.
Gürcüstan bazarına göz dikib?
Müəlliflər iş adamının Gürcüstan səfərinin istirahətlə yanaşı, yeni biznes planları ilə də əlaqəli ola biləcəyini iddia ediblər. Buna səbəb kimi Gürcüstanda ət istehsalına yönələn layihələrə xərclərin 55 faizinə qədər dövlət dəstəyinin müzakirə olunması göstərilib.
Tyutyuşevin dövlət subsidiyalarına marağının yeni olmadığı vurğulanıb. Yazıda "Sibagro"nun 2013-2015-ci illərdə Rusiya hakimiyyətindən təxminən 3 milyard rubl subsidiya və dotasiya aldığı bildirilib.
İspaniyada 9,74 milyon avroluq şirkət
Ən çox diqqət çəkən məqam isə Tyutyuşev ailəsinin İspaniyadakı biznes əlaqələri olub. Nəşrin məlumatına görə, Andrey və Yuliya Tyutyuşeva adlarına 2012-ci ildə Aralıq dənizi sahillərində iki şirkət qeydiyyata alınıb.
Onlardan "Inversiones Y Negocios Talisman SL" şirkətinin nizamnamə kapitalının 2026-cı ilin iyununda yenidən artırılaraq 9,74 milyon avroya çatdırıldığı iddia olunub. Şirkətlərin vaxtilə Alikantedən 75 kilometr aralıda yerləşən mənzərəli Kumbre-del-Sol ərazisində eyni ünvanda qeydiyyatda olduğu bildirilib.
Məqalədə "Sibagro"ya məxsus donuzçuluq komplekslərinin fəaliyyəti zamanı ətraf mühitin çirkləndirilməsi ilə bağlı şikayətlərin dəfələrlə gündəmə gəldiyi vurğulanıb. Şirkətin Monqolustan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Özbəkistana ət ixrac etdiyi qeyd olunub.
"Sibagro" və Andrey Tyutyuşev son iddialarla bağlı hələlik geniş açıqlama verməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 811 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930