İran müharibəsində SON VƏZİYYƏT: Hörmüz bağlı qalır, gəmilərə yeni hücumlar başlayıb

İran müharibəsində SON VƏZİYYƏT: Hörmüz bağlı qalır, gəmilərə yeni hücumlar başlayıbİran müharibəsinin başa çatması istiqamətində aparılan danışıqlar yenidən dalana dirənib. Tehran Hörmüz boğazının açılması üçün irəli sürdüyü şərtlərdən geri çəkilməyib, Vaşinqton isə bölgədəki dəniz blokadasını davam etdirib. Gərginlik fonunda Qırmızı dəniz və Oman körfəzində gəmilərə yeni hücumlar olub.

Lent.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, qlobal enerji daşımaları üçün həyati əhəmiyyət daşıyan iki əsas dəniz marşrutunda vəziyyət ağırlaşıb. Hücumlar dünya bazarında neftin qiymətinin yüksəlməsinə, səhmlərin isə ucuzlaşmasına səbəb olub.

"Brent" markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 88,91 dollara, ABŞ nefti isə 1,3 faiz bahalaşaraq 83,20 dollara çatıb.

Bab əl-Məndəbdə qanlı hücum

Yəmənin Nəqliyyat Nazirliyinin məlumatına görə, Bab əl-Məndəb boğazında Misirə məxsus "Tihamah" yük gəmisinə edilən ehtimal olunan husilərin hücumu nəticəsində dörd heyət üzvü həlak olub. Xilasetmə əməliyyatına qoşulan iki yəmənli hərbçinin də öldüyü bildirilib.

Məlumat təsdiqlənərsə, bu hadisə İran müharibəsi başlayandan bəri husilərin gəmiçiliyə hücumları zamanı qeydə alınan ilk insan itkisi olacaq.

Husilərin nəzarətindəki "Saba" agentliyi qrupun Bab əl-Məndəbdə hərbi avadanlıq daşıdığı iddia edilən Səudiyyə Ərəbistanına məxsus gəmiyə hücum etdiyini açıqlayıb. Lakin gəminin adı göstərilməyib, Ər-Riyad isə məlumatı şərh etməyib.

ABŞ gəmiyə raket atıb

ABŞ Mərkəzi Komandanlığı Oman körfəzi istiqamətində hərəkət edən Panama bayraqlı yük gəmisinin vurulduğunu bildirib. Açıqlamaya görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "MH-60" helikopteri gəminin idarəetmə sistemini sıradan çıxarmaq üçün iki "Hellfire" raketi atıb.

Vaşinqton gəminin İran limanlarına tətbiq olunan dəniz blokadasını pozduğunu və dayanmaq barədə təkrar xəbərdarlıqlara məhəl qoymadığını iddia edib. Dənizçilik mənbələri gəminin Pakistan sahilləri yaxınlığında vurulduğunu bildiriblər.

Tehran Hörmüz boğazını açmır

İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzayi bəyan edib ki, ABŞ Tehranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazı bağlı saxlanılacaq. İran dondurulmuş aktivlərinin azad olunmasını, müharibənin dayandırılmasını, həmçinin Livan və Qəzza daxil olmaqla regiondakı qarşıdurmalara son qoyulmasını tələb edir.

Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Boğazın uzun müddət bağlı qalması enerji qiymətlərinin daha da yüksəlməsi və qlobal tədarük zəncirinin pozulması riskini artırır.

Trampdan yeni təhdid

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib. O, İranın mümkün addımlarına sərt hərbi cavab veriləcəyinə işarə vuraraq ABŞ-ın hazırda əlverişli mövqedə olduğunu söyləyib.

Tramp bir tərəfdən danışıqlar apardığını və razılaşmanın mümkün olduğunu bildirsə də, digər tərəfdən Tehran iqtisadi cəhətdən çökənədək gözləyə və ya İrana ağır zərbə endirə biləcəyini qeyd edib.

İran İnqilab Keşikçiləri Korpusunun komandan müşaviri Məhəmməd Rza Nəqdi isə ölkəsinin lazım gəldikdə "əməliyyatları düşmən ərazisinə keçirmək" imkanları hazırladığını açıqlayıb. Bu bəyanat müharibənin yeni ölkələrə və dəniz marşrutlarına yayılması riskini daha da artırıb.

Fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə indiyədək minlərlə insan həlak olub. Tərəflərin sərtləşən mövqeyi yaxın zamanda atəşkəsin əldə olunacağına dair ümidləri zəiflədib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.