Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-NaxçıvanPrezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetmənin daha effektiv təşkilindən gedir. Başqa sözlə, muxtariyyət qorunur, lakin idarəetmənin məzmunu və mexanizmləri müasir tələblərə uyğunlaşdırılır. Bu yanaşmanın özü isə mühüm bir prinsip üzərində qurulur: status öz-özlüyündə inkişaf yaratmır, inkişafı yaradan effektiv idarəetmədir. Naxçıvan məsələsində irəli sürülən yeni yanaşmanın əsas mahiyyəti də muxtariyyətin hüquqi-siyasi çərçivəsi daxilində idarəetmənin səmərəliliyini artırmaqdır.

Prezidentin də dediyi kimi yeni idarəçilik modeli Naxçıvandan əvvəl Qarabağ və Şərqi Zəngəzurda uğurla sınaqdan çıxarılıb. Hazırda orada şəhərlər sıfırdan qurulur, infrastruktur yenilənir, sənaye və kənd təsərrüfatı zonaları yaradılır, əhalinin qayıdışı təşkil olunur. Belə genişmiqyaslı proseslər ənənəvi idarəetmə mexanizmlərinin imkanlarını da sınağa çəkir. Ona görə də Qarabağ və Şərqi Zəngəzurda xüsusi nümayəndəlik modelinin meydana çıxması təsadüfi deyildi. Burada əsas ehtiyac çoxsaylı qurumların fəaliyyətini vahid strategiya ətrafında birləşdirmək, qərarların qəbulunu sürətləndirmək və dövlət başçısının müəyyən etdiyi prioritetlərin yerlərdə daha operativ icrasını təmin etmək idi. Bu modelin uğurlu nəticələr verməsi onun başqa bir strateji əraziyə - Naxçıvana tətbiq edilməsini də məntiqli etdi. Təbii ki, Naxçıvanın vəziyyəti Qarabağ və Şərqi Zəngəzurla eyni deyil. Bərpa olunan ərazilərdən fərqli olaraq bu diyarda tarixi, siyasi və iqtisadi reallıqlar mövcuddur. Ancaq bir mühüm oxşarlıq var: hər üç ərazi Azərbaycanın gələcək geoiqtisadi və geosiyasi imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, Qarabağ Azərbaycanın mərkəzi hissəsində mühüm nəqliyyat və iqtisadi potensial yaradır. Şərqi Zəngəzur Azərbaycanın qərb istiqamətində yeni bağlantı imkanlarının əsas platformalarından birinə çevrilir. Naxçıvan isə Azərbaycanın əsas ərazisindən kənarda yerləşən, lakin ölkənin Türkiyə ilə birbaşa quru bağlantısı baxımından strateji əhəmiyyət daşıyan muxtar ərazisidir. Bu üç məkanın eyni idarəetmə fəlsəfəsi əsasında inkişaf etdirilməsi yalnız inzibati məsələ deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ölkənin iqtisadi məkanının yeni məntiq üzrə təşkil edilməsinə işarədir. Başqa sözlə, əvvəl əsas məqsəd ərazi bütövlüyünü təmin etmək idisə, indi qarşıda duran vəzifə həmin əraziləri vahid iqtisadi və sosial sistemə inteqrasiya etməkdir. Bu baxımdan yeni idarəetmə modelinin əsas məqsədi ərazilərin iqtisadi potensialını hərəkətə gətirəcək uğurlu idarəetmə mühiti formalaşdırmaqdır.

Bu gün regional geosiyasətdə baş verən dəyişikliklər Naxçıvanın əhəmiyyətini daha da artırır. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasında nəqliyyat və logistika əlaqələrinin genişlənməsi Naxçıvanı yeni iqtisadi xəritədə daha mühüm mövqeyə çıxarır. Çünki nəqliyyat dəhlizləri həm də logistika, ticarət, xidmət, turizm, istehsal və yeni investisiya imkanları gətirir. Deməli, əsas məsələ Naxçıvanı özünü inkişaf etdirə bilən iqtisadi məkana çevirməkdir. Bunun üçün isə idarəetmənin çevikliyi həlledici amildir və Prezident İlham Əliyevin "güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik" ifadəsi də məhz bu məntiqə əsaslanır. Əslində bu yanaşma son illərdə Azərbaycanın regional siyasətinin əsas xüsusiyyətlərindən birini əks etdirir. İnfrastruktur layihələrinin, bərpa prosesinin və genişmiqyaslı dövlət proqramlarının xarici maliyyə mənbələrindən asılı olmadan həyata keçirilməsi dövlətə qərarvermə baxımından daha geniş imkan yaradır. Lakin burada bir incə məqam var: maliyyə resursunun olması layihənin uğurunu avtomatik təmin etmir, əsl məsələ həmin resursun necə idarə edilməsidir. Ona görə də Prezidentin maliyyə imkanları ilə idarəetmə islahatlarını eyni kontekstdə təqdim etməsi təsadüfi deyil. Əlbəttə pul imkan yaradır, idarəetmə isə həmin imkanı nəticəyə çevirir. Deməli, Naxçıvanın gələcəyi yalnız Bakının investisiyası ilə qurulmamalıdır. Naxçıvanın davamlı inkişafı yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına təmin olunmamalıdır. Dövlət ilkin və strateji investisiyaları həyata keçirə bilər. Lakin sonrakı mərhələdə özəl sektorun, yerli sahibkarlığın və xarici investorların iqtisadi sistemə daha fəal cəlb olunması xüsusi nümayəndəlik modelinin ən mühüm üstünlüklərindən biri olacaq.

Ətraflı
Prezidentin "Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk" fikri Azərbaycanın gələcək inkişaf modelinə dair ən maraqlı mesajlardan biridir. Təbii ki, buradakı "birləşdirmək" ifadəsi özündə vahid inkişaf strategiyasını ehtiva edir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan arasında ortaq idarəetmə prinsiplərinin formalaşdırılması nəticə etibarilə Azərbaycanın qərb və cənub-qərb coğrafiyasında yeni inkişaf oxu yaradacaq. Bu ox gələcəkdə nəqliyyat, enerji, logistika, turizm, kənd təsərrüfatı və sənaye layihələri ilə daha da güclənəcək. Beləliklə, bu gün inzibati idarəetmə kimi görünən proses sabah iqtisadi inteqrasiyanın əsas mexanizmlərindən birinə çevrilə bilər. Digər tərəfdən Prezident İlham Əliyevin açıqlamasına yalnız Naxçıvan kontekstində yanaşmaq məsələnin miqyasını kiçiltmək olar. Bu açıqlamada Azərbaycanın dövlət idarəçiliyində yeni mərhələnin konturları görünür. Bir tərəfdə kadr islahatları, digər tərəfdə struktur islahatları. Bir tərəfdə regional inkişaf proqramları, digər tərəfdə xüsusi idarəetmə mexanizmləri. Bir tərəfdə Qarabağ və Şərqi Zəngəzur təcrübəsi, digər tərəfdə bu təcrübənin Naxçıvana tətbiqi. Bütün bunların mərkəzində isə o ideya dayanır ki, Azərbaycan regional idarəetməni sadəcə əraziləri idarə etmək vasitəsi kimi deyil, ərazilərin potensialını dövlətin ümumi inkişaf strategiyasına bağlayan mexanizm kimi qurur. Bu isə Azərbaycanın yeni inkişaf fəlsəfəsinin əsas xüsusiyyətidir.

Yunis Orucov

əməkdar jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.