Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEOAvqustun 11-də keçirilən "Sabah" - "Orhus" oyunundan sonra baş verən insidentlə bağlı yeni görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, oyundan sonra davanı azərbaycanlı azarkeşlərin başladığı barədə iddialar səsləndirilib.

Lakin yayılan görüntülərdə hücuma ilk keçən və vəziyyəti gərginləşdirən tərəfin danimarkalı azarkeşlər olduğu görünür.

Sözügedən görüntüləri təqdim edirik:

20:06

"Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ötən gün "Orhus"la keçirilən cavab matçından (4:0) əvvəl azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, klubun yaydığı bəyanatda deyilir:

"Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.

Bu böyük futbol bayramının fonunda oyundan əvvəl azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. "Sabah" Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir.

Klubumuz hər zaman "fair play" prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verib. Xüsusilə "Sabah"ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsinin ailələrdən və uşaqlardan ibarət olması ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır.

Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk.

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq.

Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik.

Klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib. O cümlədən, Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub.

Bununla belə, klubumuzun mövqeyi birmənalıdır: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidir.

Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək.

Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq.

Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır.

"Sabah" Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək".

16:50

Avqustun 11-də Masazır kəndində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında "Sabah" və "Orhus" (Danimarka) futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"u mübarizədən kənarlaşdırıb.

Səfərdə 1:2 hesabı ilə uduzan "Sabah" evdə rəqibini dörd cavabsız qolla üstələyib.

Oyundan əvvəl isə klubların azarkeşləri arasında dava düşüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.