İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdır
Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?
İlk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipoteka ödəyən isə müəyyən müddətdən sonra daşınmaz əmlaka sahib olur.
Lakin 2026-cı ilin bazar şərtlərində bu yanaşma artıq təkbaşına kifayət etmir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, vətəndaşın qarşısında yalnız aylıq ödəniş məsələsi dayanmır. İlkin ödəniş, kredit faizi, sığorta, təmir xərcləri, mənzilin bazar qiyməti, kirayə haqqının dinamikası, gəlirin sabitliyi və həmin əmlakın gələcəkdə nə qədər likvid olacağı da nəzərə alınmalıdır:
"Kirayə insana çeviklik verir. İpoteka isə mülkiyyət yaratmaq imkanı verir.
Əgər insanın sabit gəliri, kifayət qədər ilkin ödənişi və uzunmüddətli yaşayış planı varsa, ipoteka daha məntiqli seçim ola bilər.
Amma gəlir qeyri-sabitdirsə, ilkin ödəniş üçün bütün yığım xərclənəcəksə və aylıq kredit ödənişi ailə büdcəsini ciddi şəkildə sıxacaqsa, kirayədə qalmaq daha sağlam maliyyə qərarı ola bilər.
İpoteka ödənişinin hamısı sizin kapitalınız deyil.
Ödənişin müəyyən hissəsi əsas borcu azaldır, digər hissəsi isə kredit faizinə gedir. Buna görə də "hər ay ödədiyim pul evə yatır" yanaşması tam doğru deyil.
Burada başqa mühüm məqam da var: ipoteka götürərkən yalnız bu günkü gəlirə deyil, gələcək maliyyə vəziyyətinə də baxmaq lazımdır.
Ən böyük risk mənzilin qiymətinin düşməsi deyil. Əsas risk ailənin gəlirinin kredit ödənişini qarşılaya bilməməsidir.
İpoteka uzunmüddətli maliyyə öhdəliyidir. İş yerini itirmək, gəlirin azalması, ailə xərclərinin artması və ya gözlənilməz böyük xərc kredit ödənişini problemə çevirə bilər.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, aylıq ipoteka ödənişi borcalanın məcmu aylıq gəlirinin 70 faizini keçməməlidir.
Amma vətəndaş bunu "70 faizə qədər kredit götürmək mənim üçün rahatdır" kimi başa düşməməlidir. Bu, maksimum həddir və maliyyə rahatlığının göstəricisi deyil.
Əslində sağlam maliyyə qərarı üçün kredit ödənişindən sonra ailənin gündəlik xərclərini, kommunal ödənişləri, nəqliyyat və ərzaq xərclərini, digər borcları, həmçinin gözlənilməz vəziyyətlər üçün ehtiyat vəsaiti qarşılamaq imkanının qalması vacibdir.
Ona görə də "kirayə pulu ilə öz evimi alım" qərarı emosional deyil, hesablanmış qərar olmalıdır.
Burada əsas sual "kirayə ödəyirəmsə, niyə ipoteka ödəməyim?" deyil.
Əsas sual budur: mən bu ipotekanı uzun illər ərzində maliyyə sabitliyimi pozmadan ödəyə biləcəyəmmi?
Əgər cavab müsbətdirsə, ipoteka uzunmüddətli perspektivdə mülkiyyət yaratmaq üçün əlverişli seçim ola bilər. Əks halda, daha münasib qiymətli mənzil tapmaq, ilkin ödəniş üçün yığım formalaşdırmaq və gəlir sabitliyini artırmaq daha doğru strategiya ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə
ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy
11.09.2026 252 Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv
11.09.2026 229 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 454 El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi
11.09.2026 223 "Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular" - Könül Nurullayeva
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura artıq 22-ci səfəri baş tutdu. Bu səfər həm xarici diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyay
09:26 157 Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)
Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin
10:23 114 Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11.09.2026 271 Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi
Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar
11.09.2026 228 Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
11.09.2026 195