Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasına baxmayaraq, hələ də həllini gözləyən fundamental problemlər mövcuddur. Mövcud mənzərə isə hər il olduğu kimi, bu il də ümidlərdən çox suallar doğurur".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi kadr siyasəti, xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları və müəllimlərin sertifikasiyası prosesi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Təbii ki, təhsilin keyfiyyətinin artırılması, peşəkar kadrların seçilməsi və sistemin sağlamlaşdırılması vacibdir:

" Lakin burada mühüm bir sual yaranır: bu proseslər məktəbin gündəlik və əsas problemlərinin üzərinə kölgə salmır ki?

Görünən odur ki, təhsil sistemində diqqətin əhəmiyyətli hissəsi imtahanların təşkilinə, test mexanizmlərinə və formal göstəricilərə yönəlir. Bunun fonunda isə məktəblərin maddi-texniki bazası, siniflərin həddindən artıq sıxlığı, regionlardakı infrastruktur problemləri, bəzi məktəblərdə ikinövbəli və ya üçüncü növbəli tədris riskinin qalması, dərsliklərin keyfiyyəti və təchizatı kimi məsələlər ikinci plana keçir.

Başqa sözlə, imtahan və sertifikasiya prosesləri təhsilin keyfiyyətinin yalnız bir hissəsini qiymətləndirir. Halbuki uşağın gündəlik təhsil aldığı mühit, müəllimin iş şəraiti və məktəbin imkanları da nəticəyə birbaşa təsir edir.

Bu yanaşmanın fonunda təhsil sisteminin əsas iştirakçıları arasında narazılıqlar da artır.

Müəllim narazıdır. Daimi qiymətləndirmə və imtahan stressi, əməkhaqqı və sosial təminatla bağlı problemlər, eləcə də bürokratik yük müəllimin əsas fəaliyyətinə - tədrisə ayırdığı vaxtı və enerjini azalda bilər. Sinifdə şagirdə yönəlməli olan diqqətin bir hissəsi hesabatlara, sənədləşməyə və növbəti qiymətləndirməyə hazırlığa sərf olunur.

Şagird narazıdır. Ağır proqramlar, tez-tez dəyişən tələblər, keyfiyyəti və əlçatanlığı ilə bağlı suallar doğuran dərsliklər, bəzi məktəblərdəki fiziki problemlər uşaqların təhsilə marağına mənfi təsir göstərə bilər. Ən böyük təhlükə isə təhsilin bilik qazanmaq prosesindən çıxaraq fasiləsiz imtahan hazırlığına çevrilməsidir.

Valideyn narazıdır. Məktəb ləvazimatlarının bahalaşması, repetitorluğa artan ehtiyac, bəzi hallarda məktəbdənkənar əlavə xərclər və təhsilin nəticələri ilə bağlı narahatlıqlar valideynlərin üzərinə əlavə maliyyə və psixoloji yük qoyur. Valideyn övladının keyfiyyətli təhsil almasını istəyir, lakin məktəbdə əldə edə bilmədiyi nəticəni kompensasiya etmək üçün əlavə imkanlara müraciət etməli olur.

Cəmiyyət narahatdır. Çünki bütün bu problemlərin yekun nəticəsi yalnız bugünkü məktəb mühiti ilə məhdudlaşmır. Söhbət gələcəyin əmək bazarına, ictimai həyata və ölkənin inkişafına təsir göstərəcək nəsildən gedir. Formal göstəricilərin yaxşılaşması vacibdir, amma əsas sual həmin göstəricilərin real bilik və bacarıqlara nə qədər çevrildiyidir.

Bütün bunlarla yanaşı, yeni dərs ilinin astanasındayıq. Hələ də gec deyil. Təhsilə cavabdeh qurumlar yalnız sənədlər, statistik göstəricilər və sertifikasiya balları üzərindən deyil, real məktəb həyatından çıxış etməlidirlər.

Çünki təhsilin əsas göstəricisi təkcə neçə müəllimin sertifikat alması və neçə imtahanın keçirilməsi deyil. Əsas göstərici sinifdə şagirdin nə qədər öyrəndiyi, müəllimin nə qədər səmərəli işləyə bildiyi və valideynin övladının gələcəyinə nə qədər güvəndiyidir.

Əgər islahatlar müəllimə, şagirdə və valideynə real fayda vermirsə, kağız üzərindəki uğurlar həyatda növbəti məyusluğa çevrilə bilər.

Yeni dərs ili başlayır. İndi əsas məsələ məktəblərin sadəcə qapılarını açması deyil, daha keyfiyyətli təhsilin qapılarını açmasıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 153
.

Yata bilmirsinizsə, diqqət: İnsult riski artır

Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə və bu problem tez-tez təkrarlanırsa, bunun sağlamlıq baxımından da əhəmiyyəti ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Nevrologiya Akademiyasının Vyana Tibb Universitetinin iştirakı ilə apardığı beynəlxalq icmalda yuxusuzluqla müxtəli

29.09.2026 199
.

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas

29.09.2026 288
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29.09.2026 213
.

42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?

Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə

29.09.2026 236
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 159
.

İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə

29.09.2026 158
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?

Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər

29.09.2026 246
.