Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb.
Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlunu öldürməyə cəhd edib.
Hadisə 2012-ci ilin dekabrında baş verib. O zaman 5 yaşında olan Spenser və onun 8 yaşlı qardaşı Fletçer atalarının avtomobilində baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıblar. İndi 18 yaşında olan Spenser illər sonra həmin gün yaşadıqlarını danışıb.
"Atam dedi ki, avtomobildə piknik edəcəyik"
Paul Konnelli uşaqları məktəb və uşaq bağçasından götürərək ailənin Tasmaniyadakı evinə aparıb. Anaları Alisonun təxminən bir saat sonra uşaqları götürməyə gələcəyi gözlənilirmiş.
Ata oğullarına "avtomobildə piknik edəcəyik", deyərək onları maşına mindirib. Uşaqlar yemək yeyərkən Konnelli evin altından bəzi əşyalar çıxararaq avtomobilin baqaj hissəsinə yerləşdirib və daha sonra sürücü oturacağına keçib.
Uşaqlardan biri həmin vaxt arxa oturacağın arxasından fışıltıya bənzər səs eşitdiyini bildirib. Aatasından səsin səbəbini soruşduqda, Paul bunun avtomobildən gələn adi bir səs olduğunu söyləyib.
Bir neçə dəqiqə sonra ata siqaret yandırmaq üçün alışqanı işə salıb. Bu zaman avtomobil qəfil güclü partlayışla alovlanıb.
Məhkəmədə məlum olub ki, ata avtomobilin içərisinə iki qaz balonu yerləşdirib və onların klapanlarını açıq qoyub. Daha sonra alışqanı yandıraraq partlayışa səbəb olub.
Ata həmin vaxt avtomobildən düşərək, uşaqları alovların içində tək buraxıb. Onlardan biri təhlükəsizlik kəmərini açaraq, avtomobildən düşsə də, qardaşının hələ də alovların içərisində çırpındığını görərək, geri qayıdıb.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları uşaqlara ilkin tibbi yardım göstərib. Qardaşlardan birinin bədəninin təxminən 30, digərinin isə isə 28 faizi yanıb.
Qardaşlar ilkin müalicə dövründə ümumilikdə 50 əməliyyat keçirib, onlara çoxsaylı dəri köçürmələri həyata keçirilib.
Ata 20 il həbs cəzası alıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 153 Yata bilmirsinizsə, diqqət: İnsult riski artır
Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə və bu problem tez-tez təkrarlanırsa, bunun sağlamlıq baxımından da əhəmiyyəti ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Nevrologiya Akademiyasının Vyana Tibb Universitetinin iştirakı ilə apardığı beynəlxalq icmalda yuxusuzluqla müxtəli
29.09.2026 199 Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas
29.09.2026 288 "Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29.09.2026 213 42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?
Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə
29.09.2026 236 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 159 İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə
29.09.2026 158 Romada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 170 COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 246