Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası

Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyasıTürkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, məsələ ondadır ki, Türkiyə uzun müddət Liviyada əsas dayağını Tripolidəki Milli Birlik Hökumətində görürdü. Ankara üçün Tripoli həm siyasi tərəfdaş, həm də Aralıq dənizində enerji və dəniz sərhədləri məsələlərində mühüm müttəfiq idi. Türkiyə ilə Liviyanın qərbindəki hakimiyyət arasında imzalanan dəniz səlahiyyətləri və enerji razılaşmaları Ankaranın Şərqi Aralıq dənizindəki mövqeyini gücləndirirdi. Bu səbəbdən Haftarın rəhbərlik etdiyi şərq düşərgəsi uzun müddət Türkiyənin qarşı tərəfində dayanıb:

"Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Türkiyə Liviyadakı siyasi reallığı olduğu kimi qəbul edir və ölkənin qərbi ilə yanaşı, şərqində də təsir imkanları yaratmağa çalışır.

Əslində, Ankaranın Liviya siyasətində dönüş etməsi o qədər də təəccüblü deyil. Çünki Liviyada heç bir tərəf ölkənin bütövlüyünü və siyasi sistemini təkbaşına müəyyənləşdirə biləcək gücə malik deyil. Tripoli hökuməti ölkənin bütün ərazisinə faktiki nəzarət etmir. Haftar isə hərbi gücünə baxmayaraq, Liviyanın qərbində siyasi legitimliyini tam şəkildə təmin edə bilmir.

Belə şəraitdə tərəflərdən yalnız birini seçmək Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Ankara, görünür, məhz bu məhdudiyyəti aradan qaldırmaq qərarına gəlib.

Fidan səfərin Türkiyənin Liviyanın qərbi, şərqi və cənubu arasında ayrı-seçkilik qoymayan "Vahid Liviya" siyasətinin konkret təzahürü olduğunu bildirib. O qeyd edib:

"Türkiyə olaraq Liviyanın əmin-amanlığını və sabitliyini öz sabitliyimizdən ayrı görmürük. Liviyalı qardaşlarımızın öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurması əsasdır. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) ortaya qoyduğu baxış çərçivəsində Liviyanın qərbi ilə şərqi arasında dialoq və əməkdaşlığın gücləndirilməsini dəstəkləməyə, Liviyanın sülhünə, sabitliyinə və rifahına töhfə verməyə davam edəcəyik".

Daha açıq desək, Türkiyə artıq Liviyada bir tərəfin himayədarı kimi deyil, ölkənin gələcək siyasi nizamının formalaşmasında bütün tərəflərlə danışa bilən əsas regional aktor kimi çıxış etmək istəyir.

Fidanın səfərində hərbi komponentin ayrıca vurğulanması isə başqa bir mesajdır. Xarici işlər nazirinin Tripolidə Türkiyə Silahlı Qüvvələrinin Liviya Missiyası Qrup Komandanlığını ziyarət etməsi Ankaranın şərq düşərgəsi ilə yaxınlaşmasının Türkiyənin Tripolidəki hərbi mövcudluğundan imtina anlamına gəlmədiyini göstərir.

Fidanın Benqaziyə səfəri Haftarla münasibətlərin yalnız siyasi dialoq səviyyəsində saxlanılmayacağını da göstərir. Əksinə, Türkiyə bir tərəfdən Haftarla danışıqlar aparır, digər tərəfdən isə Tripolidə hərbi mövcudluğunu qoruyur. Bu, Ankara üçün kifayət qədər əlverişli vəziyyətdir.

Bütün hallarda Türkiyə Suriyada olduğu kimi, Liviyada da sabit və mərkəzləşmiş dövlətin bərpa olunmasını istəyir. Düzdür, Suriyada bu proses dinc yolla baş vermədi. Lakin nəticə etibarilə bu gün Suriya əvvəlki illərlə müqayisədə daha sabitdir.

Ankaranın Liviyada sabitliyi necə təmin edəcəyini isə yerli vəziyyəti müşahidə etməklə və əsas siyasi-hərbi aktorlarla birbaşa təmas qurmaqla müəyyənləşdirməyə çalışdığı görünür.

Başqa sözlə, Ankara Haftarın gələcəkdə nə qədər güclü ola biləcəyini əvvəlcədən qiymətləndirməyə və onunla münasibətlər quraraq bu gücü öz təsir dairəsinə daxil etməyə çalışa bilər.

Müqayisə üçün qeyd edək ki, Ankara Bəşər Əsəd hakimiyyətinin son dönəmində Dəməşqlə təmaslar qurmuşdu. Ardınca isə Suriyada hakimiyyət dəyişikliyi baş verdi. Türkiyə yeni reallığa kifayət qədər sürətlə uyğunlaşdı və yaranmış siyasi mənzərədə öz təsir imkanlarını qorudu. İndi Liviyada Haftarla qurulan təmaslara da bu təcrübənin prizmasından baxmaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 204
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 183
.

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas

29.09.2026 288
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 278
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 137
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 143
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 153
.