İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməsi və iqtisadi artımın zəifləməsi nəticəsində dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üzləşə bilər".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, Hörmüz boğazı qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Normal dövrdə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri bu marşrutdan keçir. LNG daşımaları baxımından da boğazın rolu olduqca böyükdür. Buna görə də burada yaranan hər hansı ciddi fasilə qısa müddətdə dünya enerji bazarına təsir göstərə bilər:

"Hazırda vəziyyət artıq bazarlarda öz təsirini göstərir. Avqustun 14-də Hörmüz boğazından keçən əmtəə gəmilərinin sayı aylıq orta göstəricidən aşağı olub və regionda gəmiçiliklə bağlı risklər artıb. "Reuters"in məlumatına görə, mövcud təchizat pozuntuları qlobal neft təklifində ciddi kəsir yaradıb.
İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?Əgər böhran qısa müddətdə həll olunarsa, əsas nəticələr neft və yanacaq qiymətlərinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi və nəqliyyat xərclərinin artması ilə məhdudlaşa bilər. Lakin boğazın uzun müddət bağlı qalması və ya faktiki olaraq məhdud rejimdə işləməsi tamamilə fərqli iqtisadi mənzərə yarada bilər.

Neftin bahalaşması benzin, dizel yanacağı, aviasiya yanacağı, plastik və kimyəvi məhsulların, eləcə də logistika xidmətlərinin qiymətlərinin artmasına səbəb ola bilər. Bu isə ərzaq məhsullarından sənaye mallarına qədər geniş çeşiddə qiymət artımını sürətləndirə bilər.

Ən təhlükəli ssenarilərdən biri isə stagflyasiyadır. Bu vəziyyətdə eyni vaxtda həm inflyasiya yüksəlir, həm də iqtisadi artım zəifləyir. Mərkəzi banklar belə şəraitdə çətin seçim qarşısında qalırlar. İnflyasiyanı cilovlamaq üçün faiz dərəcələrinin yüksək saxlanılması iqtisadi fəallığı zəiflədə bilər. Digər tərəfdən, iqtisadiyyatı dəstəkləmək məqsədilə faizlərin aşağı salınması qiymət təzyiqlərini daha da gücləndirə bilər.

"Oxford Economics" də müharibənin uzun müddət davam etməsinin qlobal iqtisadiyyatı resessiyaya sürükləyə biləcəyini modelləşdirib.

Burada söhbət yalnız neftdən getmir. Hörmüz boğazından böyük həcmdə LNG də daşınır. Qətər və BƏƏ-nin LNG ixracının mühüm hissəsi bu marşrutdan asılıdır. Buna görə də böhranın uzanması Avropada, xüsusilə isə Asiyada təbii qazın, elektrik enerjisinin və sənaye xərclərinin artmasına səbəb ola bilər.

Azərbaycan üçün vəziyyət müəyyən qədər fərqlidir. Ölkəmiz neft ixrac edən dövlət olduğundan dünya neft qiymətlərinin yüksəlməsi ilkin mərhələdə ixrac və büdcə gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Lakin qlobal iqtisadi böhran Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarına, qeyri-neft ixracına, investisiyalara və idxal qiymətlərinə mənfi təsir göstərə bilər.

Bu baxımdan neftin bahalaşmasından əldə olunan əlavə gəlirin bir hissəsi qlobal inflyasiya və iqtisadi zəifləmənin yaratdığı itkilərlə kompensasiya oluna bilər.

Əsas risk neftin 100 və ya 110 dollara yüksəlməsi deyil, qiymətlərin çox yüksək səviyyədə uzun müddət qalması və bunun qlobal iqtisadiyyatda tələbin azalmasına səbəb olmasıdır. Belə vəziyyətdə dünya iqtisadiyyatı əvvəlcə enerji şoku, daha sonra inflyasiya, ardınca isə istehlak və investisiyaların azalması ilə üzləşə bilər.

Bu səbəbdən Hörmüzdəki müharibənin taleyi artıq yalnız İran, ABŞ və İsrail arasındakı hərbi qarşıdurma məsələsi deyil. Bu, eyni zamanda qlobal enerji təhlükəsizliyi və dünya iqtisadiyyatının sabitliyi məsələsinə çevrilib. Əgər diplomatik həll tapılmasa və enerji axınlarının bərpası geciksə, 2026-cı ilin ən ciddi qlobal iqtisadi risklərindən biri məhz bu böhran ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 204
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 183
.

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas

29.09.2026 288
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 278
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 137
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 143
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 153
.