Hörmüz boğazında böhran: Dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üz-üzə qala bilər

Hörmüz boğazında böhran: Dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üz-üzə qala bilər"Hörmüz boğazında gərginliyin uzanması dünya iqtisadiyyatı üçün yeni enerji şoku yarada bilər. İran, ABŞ və İsrail arasında davam edən müharibənin Hörmüz boğazı ətrafında getdikcə daha da kəskinləşməsi artıq yalnız hərbi və siyasi məsələ deyil, qlobal iqtisadiyyat üçün ciddi risk faktoruna çevrilib. Boğazdan keçən enerji axınlarının məhdudlaşması dünya bazarında neft və qaz təchizatı ilə bağlı narahatlığı artırır. Hazırda boğazdan keçən kommersiya gəmilərinin sayı əvvəlki normal göstəricilərdən aşağıdır və bu vəziyyət enerji bazarında risklərin davam etdiyini göstərir".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O bildirib ki,, burada əsas məsələ neftin bu gün neçə dollar olması deyil. Əsas məsələ müharibənin nə qədər davam edəcəyi və Hörmüz boğazında normal gəmiçilik fəaliyyətinin nə vaxt bərpa olunacağıdır. Çünki qısamüddətli geosiyasi şok bazarın ehtiyatları və alternativ marşrutlar hesabına kompensasiya oluna bilər. Lakin enerji təchizatında uzunmüddətli problem yaranarsa, bunun iqtisadi nəticələri daha ağır olacaq:

"Hörmüz boğazı dünya enerji sisteminin ən kritik nöqtələrindən biridir. Müharibədən əvvəl dünya üzrə neft və LNG axınlarının təxminən beşdə biri bu marşrutdan keçirdi. Bu səbəbdən boğazda hər hansı uzunmüddətli məhdudiyyət enerji qiymətlərinə, nəqliyyat xərclərinə, sənaye istehsalına və nəticə etibarilə dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Ən ciddi risk isə staqflyasiya riskidir. Yəni eyni vaxtda həm inflyasiyanın yüksəlməsi, həm də iqtisadi artımın zəifləməsi. Neft və qaz bahalaşdıqca nəqliyyat, logistika, enerji tutumlu istehsal və neft-kimya məhsullarının maya dəyəri artır. Şirkətlərin xərcləri yüksəlir, istehlakçıların alıcılıq qabiliyyəti zəifləyir və mərkəzi bankların faiz dərəcələrini sürətlə aşağı salmaq imkanları məhdudlaşır.

Bu baxımdan neftin qiymətinin 100 dollar və daha yuxarı səviyyələrə qalxması təkcə neft istehsalçıları üçün müsbət hadisə kimi qiymətləndirilməməlidir. Əgər yüksək qiymətlər uzun müddət davam edərsə, neft idxal edən ölkələrdə inflyasiya və tədiyyə balansı problemləri dərinləşə, iqtisadi artım zəifləyə və maliyyə bazarlarında volatillik arta bilər.

Hazırda Brent markalı neftin qiymətinin 88 dollar ətrafında olması da bazarın Hörmüz riskinə həssaslığını göstərir. Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının artması və qlobal tələbatın zəifləməsi qiymətlərin daha sürətlə yüksəlməsinin qarşısını müəyyən qədər alır. Deməli, bazarda həm geosiyasi risklər, həm də qiymətləri aşağı çəkən fundamental amillər eyni vaxtda mövcuddur.

Mənim fikrimcə, dünya iqtisadiyyatı üçün ən təhlükəli ssenari Hörmüz boğazında problemin bir neçə həftə deyil, aylarla davam etməsidir. Bu halda enerji şoku artıq ayrı-ayrı ölkələrin problemi olmayacaq, qlobal inflyasiyanın yeni dalğasına çevrilə bilər. Enerji qiymətləri ilə yanaşı, sığorta və fraxt xərclərinin artması beynəlxalq ticarətin maya dəyərini də yüksəldəcək.

Azərbaycan üçün vəziyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Yüksək neft qiymətləri ixrac gəlirlərinin artmasına imkan yarada bilər. Lakin uzunmüddətli regional müharibə və enerji böhranı eyni zamanda idxal qiymətlərinin, logistika və sığorta xərclərinin artmasına səbəb ola bilər. Ona görə də yüksək neft qiymətini avtomatik olaraq Azərbaycan iqtisadiyyatı üçün yalnız müsbət faktor hesab etmək düzgün olmaz.

Əgər diplomatik proses nəticəsində Hörmüz boğazında gəmiçilik bərpa olunarsa, enerji bazarında risk mükafatı tədricən azala bilər. Lakin müharibənin uzanması, boğazda gəmi hücumlarının artması və enerji infrastrukturuna zərbələrin davam etməsi vəziyyəti tamamilə dəyişə bilər.

Bu halda dünya iqtisadiyyatı yeni enerji böhranı ilə yanaşı, resessiya riski ilə də üzləşə bilər. Bu səbəbdən hazırda əsas məsələ neftin qiymətinin hansı səviyyəyə çatacağı deyil, Hörmüz boğazında enerji axınlarının nə qədər müddətə pozulacağıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 204
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 183
.

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas

29.09.2026 288
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 278
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 137
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 143
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 153
.