Süni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur
"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrdə və hansı xərclərlə tətbiq edilməsinin daha sərfəli olduğunu da hesablayırlar".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.
O, qeyd edib ki, ümumiyyətlə, son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam çox diqqətdən kənarda qalır. İnsanlar əsasən AI-nin hansı peşələri əvəz edəcəyindən danışırlar:
"Lakin artıq böyük texnologiya şirkətləri başqa bir sualla üz-üzə qalıblar: bu texnologiyadan uzunmüddətli istifadə iqtisadi baxımdan nə qədər sərfəlidir?
Süni intellektə bəzən elə yanaşılır ki, guya texnologiya bir dəfə tətbiq olunur və bütün problemlər həll edilir. Əslində isə AI sistemlərinin işləməsi üçün ciddi infrastruktur tələb olunur. Böyük hesablama gücü, məlumat mərkəzləri, yüksək enerji sərfiyyatı, lisenziyalar və daimi yenilənmə xərcləri mövcuddur.
Bu səbəbdən bəzi şirkətlər artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, onu harada tətbiq etməyin daha səmərəli olduğunu hesablayırlar. Mən hesab edirəm ki, bu vəziyyət süni intellekt üçün təhlükə deyil, əksinə, texnologiyanın inkişafında növbəti mərhələdir.
Çünki texnologiya tarixində yeni texnologiyaların böyük xərclərlə başlaması ilk dəfə deyil. Bir zamanlar internet infrastrukturu da olduqca bahalı idi. Bulud texnologiyaları da ilk dövrlərdə şirkətlər üçün böyük xərc hesab olunurdu. Sonradan bazar formalaşdı, rəqabət artdı və xidmətlərin qiyməti aşağı düşdü.
Bu gün süni intellekt sahəsində də oxşar proses gedir. Şirkətlər artıq yalnız daha güclü model yaratmağa deyil, daha səmərəli model hazırlamağa çalışırlar. Yəni gələcəkdə bazarda qalib gələn texnologiya mütləq ən ağıllı model deyil, ən optimal və iqtisadi baxımdan səmərəli model ola bilər.
Əgər əvvəllər şirkətlər süni intellektə "nə qədər çox istifadə etsək, bir o qədər yaxşıdır" prinsipi ilə yanaşırdılarsa, indi əsas sual dəyişir: "Süni intellekti harada tətbiq etsək, daha çox fayda əldə edə bilərik?"
Məncə, ən vacib məqam isə bu prosesin süni intellektlə bağlı formalaşmış bəzi miflərin dağılmasına səbəb olmasıdır. Uzun müddət AI-nin gələcəkdə bütün insanları əvəz edəcəyi ilə bağlı fikirlər səsləndirilirdi. Lakin hazırda görünən odur ki, bəzi hallarda təcrübəli mütəxəssisin işi həm daha ucuz, həm də daha effektiv ola bilər.
Bu səbəbdən yaxın gələcəkdə insan və süni intellekt arasında rəqabətdən daha çox əməkdaşlıq modelinin inkişaf edəcəyini düşünürəm. Süni intellekt insan əməyini tamamilə əvəz edən vasitədən çox, düzgün sahədə və düzgün şəkildə istifadə edildikdə insanın məhsuldarlığını artıran texnologiyaya çevrilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 775 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 204 Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır
29.09.2026 183 Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas
29.09.2026 288 Lənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 187 İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
29.09.2026 179 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 278 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 137 Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 143 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 153