Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan əsas istiqamətlər aşağıdakılardır:
Kənd təsərrüfatına dövlət siyasətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə beynəlxalq bençmarkinq və qiymətləndirmə alətlərinin effektiv tətbiqi üçün lazımi məlumat bazası formalaşdırılmalı və ya təkmilləşdirilməli, subsidiya siyasəti beynəlxalq təcrübə əsasında mütəmadi olaraq qiymətləndirilməlidir.
Hədəf və nəticə indikatorlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq səviyyədə qəbul edilmiş göstəricilər (məsələn, OECD, FAO və SDG indikatorları) öyrənilməli, milli xüsusiyyətlər nəzərə alınmaqla uyğun göstəricilərin tətbiqi və onların strateji hədəf göstəriciləri kimi müəyyən edilməsi məsələsinə baxılmalıdır.
Subsidiya mexanizmlərinin strateji məhsullar üzrə nəticəyönümlülüyü artırılmalı və dövlət dəstəyinin məhsuldarlıq, istehsal həcmi və özünütəminetmə göstəriciləri ilə əlaqələndirilməsi təmin edilməlidir.
Subsidiyaların tətbiqinin nəticələrinin daha obyektiv qiymətləndirilməsi məqsədilə monitorinq və qiymətləndirmə mexanizmləri təkmilləşdirilməli, ayrılmış dövlət dəstəyinin kənd təsərrüfatı sektorunun inkişafına, istehsal göstəricilərinə və strateji hədəflərə təsiri mütəmadi olaraq təhlil edilməli, əldə olunan nəticələr əsasında subsidiya siyasətinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülməlidir.
Subsidiya proqramları üzrə ayrılmış vəsaitlərlə yanaşı əldə olunmuş istehsal, məhsuldarlıq və iqtisadi nəticələr barədə məlumatların müntəzəm açıqlanması təmin edilməli, ictimaiyyət üçün əlçatan məlumat bazaları formalaşdırılmalıdır.
Subsidiyaların həcmi ilə əldə olunan nəticələr arasında əlaqənin gücləndirilməsi məqsədilə subsidiya əmsalları və dəstək mexanizmləri yenidən nəzərdən keçirilməli, dövlət dəstəyinin məhsuldarlığa, istehsal artımına və digər nəticə göstəricilərinə təsiri qiymətləndirilməli, mərhələli şəkildə nəticəəsaslı subsidiyalaşdırma modelinin tətbiqi imkanları araşdırılmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 688 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133