Generativ süni intellekt sistemləri sahəsində mövcud durum: Statistik göstəricilər, nailiyyətlər və problemlər

Generativ süni intellekt sistemləri sahəsində mövcud durum: Statistik göstəricilər, nailiyyətlər və problemlərXronoloji göstəricilər

Generativ süni intellekt sistemləri (AI) dedikdə mətn, şəkil, audio, video, proqram kodu və digər yeni məzmun yarada bilən texnologiya nəzərdə tutulur. Onun təməli 2014-cü ildə Ian "Goodfellow" və həmkarlarının təqdim etdiyi "Generative Adversarial Networks" (GANs) arxitekturası ilə başlayıb. 2017-ci ildə "Google" tədqiqatçılarının hazırladığı "Transformer" arxitekturası isə sonrakı böyük dil modellərinin, o cümlədən GPT ailəsinin texnoloji əsasına çevrilib. 2020-ci ildə OpenAI şirkəti GPT-3 modelini təqdim etməklə, bu sistemdə ciddi dönüş yaradıb (https://openai.com/index/language-models-are-few-shot-learners/ ). GPT-3 insan tərəfindən yazılmış mətnlərdən az fərqlənən xəbər nümunələri yarada bilib.

2021-ci ildə OpenAI yeni DALL-E5 modelini təqdim etməklə, generativ AI-nin yazılı mətnlə yanaşı, vizual məzmun yaratmaq imkanlarını nümayiş etdirdi ( https://openai.com/index/dall-e/ ). 2022-ci ildə isə proses tamamilə yeni bir mərhələyə sıçrayıb. Həmin ilin 30 noyabrında OpenAI özünün ChatGPT platformasını geniş istifadəçi auditoriyasına təqdim edib. Bu təqdimat generativ AI-ni elmi-tədqiqat mühitindən çıxararaq, milyonlarla insanın gündəlik istifadə etdiyi texnoloji alət halına gətirib. Beləliklə, xronoloji baxımdan yanaşsaq, 2014-2021-ci illər generativ AI texnologiyasının formalaşması, 2022-ci il isə onun kütləviləşməsi və qlobal fenomenə çevrilməsi baxımından dönüş nöqtəsidir ( https://openai.com/index/chatgpt/).

Generativ süni intellekt sistemlərinin mövcud durumu

Generativ süni intellekt sistemlərinin kütləviləşməsi yalnız ChatGPT modeli ilə məhdudlaşmır. 2026-cı ildə bazarda OpenAI-nin ChatGPT-si ilə yanaşı, Google-yə məxsus Gemini, Anthropic-ə məxsus Claude, Meta AI, DeepSeek, Grok və Perplexity kimi fərqli-fərqli məşhur generativ AI platformaları mövcuddur. Bu sistemlərin istifadəçi sayı müxtəlif olsa da, ümumi auditoriya texnologiyanın qlobal səviyyədə inkişaf etdiyini göstərir. 2026-cı ilin əvvəlində ChatGPT-nin auditoriyası həftəlik istifadəçi sayı baxımından 900 milyon nəfərə çatıb ( https://techcrunch.com/2026/02/27/chatgpt-reaches-900m-weekly-active-users/ ). Gemini həftəlik deyil, aylıq istifadəçilərinin sayını açıqlayıb, 950 milyon nəfər aylıq aktiv istifadəçiyə malik olduğunu bildirib. Meta AI üçün bu göstərici 2025-ci ildə aylıq 1 milyard nəfərə çatıb.

"DataReportal" mərkəzi statistik məlumatları təhlil edərək bu qənaətə gəlib ki, 2026-cı ilin əvvəlində AI platformalarının aktiv istifadəçi sayı birlikdə 2 milyard 420 milyon nəfərə çatıb ( https://datareportal.com/reports/similarweb-2026-generative-ai-visibility-index ) . Microsoft isə öz araşdırmasında qeyd edir ki, "dünya əhalisinin təxminən hər 1/6 nəfəri generativ AI alətlərinin istifadəçisidir ( https://www.microsoft.com/en-us/corporate-responsibility/topics/AI-Economy-Institute/reports/Global-AI-Adoption-2025/). ChatGPT-nin istifadəyə verildiyi illə (2022) müqayisə etsək, belə görünür ki, generativ AI qısa müddət ərzində çox sürətli inkişaf yolu keçərək, eksperimental texnologiyadan milyardlarla insanın istifadə etdiyi qlobal informasiya-kommunikasiya elementinə çevrilə bilib.

Məlumat üçün qeyd edək ki, hal-hazırda generativ süni intellekt bazarında bir neçə böyük platforma rəqabət aparır. Onlar ümumilikdə generativ süni intellekt sistemləri hesab olunsalar da, funksional baxımdan və auditoriyaya çıxış imkanları kontekstində fərqlənirlər. ChatGPT (OpenAI şirkəti) universal istifadə imkanları, mətn və kod yaratmaq, fayl və görüntülər üzrə təhlillər aparmaq, veb axtarışı və müxtəlif alətləri birləşdirmək baxımından digər platformalarla müqayisədə daha geniş funksional imkanlara malikdir ( https://help-lb.openai.com/en/articles/12677804-what-is-chatgpt-faq ).

Gemini (Google) platforması multimodal imkanları, həmçinin, Google ekosistemi ilə inteqrasiyaetməsi baxımından fərqlənir. Claude (Anthropic şirkəti) AI sistemi olaraq xüsusilə mürəkkəb mətnlərin emalı, analitik tapşırıqlar və proqramlaşdırmada güclü mövqeyə malikdir. Meta AI isə sosial şəbəkə və kommunikasiya ekosisteminə inteqrasiya olunması ilə seçilir. DeepSeek (Çin şirkəti) güclü məntiqi düşünmə, kodlaşdırma və nisbətən aşağı hesablama xərcləri ilə seçilir. Perplexity cavabları veb axtarışı ilə birləşdirməsi və məlumatı mənbələrə istinadlarla təqdim etməsi baxımından fərqlənir. Beləliklə, bazar müxtəlif məqsədlər üçün ixtisaslaşan və bir-biri ilə rəqabət aparan generativ AI ekosistemindən ibarətdir.

AI hansı sahələrə nüfuz edir...

Fərdi istifadəçilər generativ süni intellekt sistemlərindən (AI) suallara cavab almaq, məlumatı ümumiləşdirmək və təhlil etmək, tərcümə, məktub və digər mətnlərin hazırlanması, ideya yaratmaq, təhsil və gündəlik qərarvermədə kömək almaq üçün istifadə edirlər. Proqramçılar isə kod yazılması, səhvlərin aşkarlanması və proqram təminatının hazırlanmasında AI-dən yararlanırlar.

AI-nin biznes mühitində tətbiq dairəsi daha genişdir. McKinsey-in 2025-ci il üzrə araşdırmasında qeyd edilir ki, şirkətlərin 71 faizi ən azı bir funksiyasında generativ AI-dən yararlanırlar. Ən geniş tətbiq sahələri marketinq və satış, məhsul və xidmətlərin hazırlanması, proqram təminatının işlənməsi və İT sahələridir. Şirkətlər həmçinin müştəri xidmətlərinin avtomatlaşdırılması, daxili bilik bazalarının idarə edilməsi, sənədlərin hazırlanması və məlumatların emalı üçün də bu texnologiyadan istifadə edirlər ( https://www.mckinsey.com/~/media/mckinsey/business%20functions/quantumblack/our%20insights/the%20state%20of%20ai/2025/the-state-of-ai-how-organizations-are-rewiring-to-capture-value_final.pdf?param1=competitive-matrix&utm_source ). Dövlət sektorunda da AI-nin tətbiqi genişlənir. Onlar bürokratik yükün azaldılması, sənədlərin hazırlanması, məlumatların emalı, vətəndaş xidmətlərinin səmərəliliyinin artırılması üçün bu texnologiyadan yararlanırlar.

Beləliklə, generativ AI artıq təhsil, media, biznes, proqramlaşdırma, dövlət idarəçiliyi, müştəri xidmətləri, yaradıcılıq və gündəlik kommunikasiya kimi çoxsaylı sahələrə nüfuz edən universal alətə çevrilib. Bu texnologiyanın media sektorunda intensiv şəkildə tətbiq olunması jurnalistika fəaliyyətini və informasiya işini köklü şəkildə dəyişib. Lakin generativ AI-nin sürətli yayılması bir sıra ciddi problemləri də gündəmə gətirib. Sistemlərin hallüsinasiyaya uğrayaraq yanlış və ya uydurma məlumatlar yaratması, müəllif hüquqları ilə bağlı mübahisələr, şəxsi məlumatların qorunması, deepfake məzmunların yayılması, eləcə də AI tərəfindən yaradılmış informasiyanın insan tərəfindən hazırlanan məzmundan fərqləndirilməsinin çətinləşməsi əsas risklər sırasında yer alır.

Bu problemlər xüsusilə informasiya və media sahəsində texnologiyanın istifadəsinə daha ehtiyatlı yanaşmanı zəruri edir. Növbəti məqaləmizdə AI-nin media sektorunda effektiv istifadə imkanlarından bəhs olunacaq.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb

Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan "Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

Generativ süni intellekt sistemləri sahəsində mövcud durum: Statistik göstəricilər, nailiyyətlər və problemlərMəqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 82   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 206
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

19:30 121
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

20:15 95
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 107
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

18:30 159
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 153
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 163
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

21:15 1
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

20:32 68
.