Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər.
BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, "Gazeta.uz" iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinin iqtisadi inkişaf perspektivi vəd etdiyini yazıb. Özbəkistan ilə Azərbaycanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir.
"Uza.uz" saytı rəsmi xəbərlərlə yanaşı redaksiya şərhində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Hazırda iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və bu nailiyyətin əldə olunmasında iki dövlətin prezidentlərinin mühüm rolu var.
"Kun.uz news" hələ səfərdən öncə dərc etdiyi materialda vurğulayıb ki, rəsmi Daşkənd ilə rəsmi Bakı Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir.
"Novo24.uz" saytı da Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Bu sayt səfərdən əvvəl dərc edilmiş məqalədə diqqətə çatdırıb ki, özbək və Azərbaycan xalqları oxşar mədəniyyətə, dinə və mili-mənəvi dəyərlərə malikdirlər. Bu dəyərlər hər iki dövlətin yaxın əlaqələr quraraq strateji müttəfiq kimi çıxış etmələrini şərtləndirir.
"Upl.uz" yazır ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev son 5 ildə 15 qarşılıqlı səfər həyata keçiriblər. Bu səfərlər və aparılan danışıqlar iqtisadi əməkdaşlığı tərəflər üçün faydalı vəziyyətə gətirib və 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında isə 33 faiz artım qeydə alınıb.
"Yuz.uz" internet resursunun materiallarında vurğulanıb ki, Azərbaycan Prezidentinin səfəri zamanı bir sıra birgə layihələrin həyata keçirilməsi müzakirə olunur və bu layihələr beynəlxalq xarakter daşıyır.
"Uznews.uz" saytı isə qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Miziyoyev ikitərəfli əlaqələrin inkişafına ciddi diqqət ayırırlar. Nəqliyyat-tranzit, energetika və mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlər təsadüfi deyil. Beş yüz milyon dollar həcmində yaradılan birgə investisiya şirkətinin də fəaliyyəti uğurludur.
"Dunyo.info" saytı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini tarixi hadisə adlandırıb, Prezident İlham Əliyevin möhtəşəm qarşılanma mərasimini yüksək qiymətləndirib.
"Daryo.uz" saytı vurğulayıb ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün hər iki ölkənin potensialı var. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində böyük imkanlara malik olan dost ölkələr dövriyyəni artıra bilərlər.
"Nuz.uz" informasiya agentliyi isə qeyd edib ki, regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 852 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
17:26 86 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd
20:15 1 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
20:45 1 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 87 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222