Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOAvqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib.

On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar", "Birinci İntibah dövrü", "İkinci İntibah dövrü", "XX əsrdə Özbəkistan", "Yeni Özbəkistan - Üçüncü İntibahın əsası" və "Müqəddəs Quran" adlı zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən "Müqəddəs Quran" zalında müsəlman dünyasının mənəvi incisi - "Osman Quranı" saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış "Quran"ın əlyazma nüsxələri və özbək dilinə tərcümələri təqdim olunur.

Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOMehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.