"Sabah edərəm" xəstəliyi: Tənbəllik, yoxsa psixoloji problem? - PSİXOLOQDAN AÇIQLAMA
Bəzi insanlar görməli olduqları işləri davamlı olaraq sonraya saxlayır, vacib tapşırıqları son ana qədər təxirə salır və hətta bunun onlara problem yaradacağını bildikləri halda hərəkətə keçməkdə çətinlik çəkirlər. Cəmiyyətdə bu davranış çox vaxt sadəcə "tənbəllik" kimi qiymətləndirilir. Lakin hər işi ertələmək istəksizlikdən qaynaqlanmaya bilər.
Bəzən insanın motivasiya çatışmazlığı, uğursuzluq qorxusu, həddindən artıq stress, diqqətin dağılması və digər psixoloji amillər də işləri təxirə salmasına səbəb ola bilər. Bəs insanın davamlı olaraq işlərini ertələməsi nə zaman tənbəllik, nə zaman isə psixoloji problemin əlaməti hesab edilə bilər?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu cür davranış ətrafdakı insanlarda bəzən yanlış fikir yarada bilir. Onun sözlərinə görə, məsuliyyətdən yayınma, və "tənbəl" kimi dəyərləndirililir: "Psixoloji səbəbinə gəldikdə insan işi görmək istəmədiyi üçün yox, əslində işin onda yaratdığı daxili narahatlıqdan qaçmaq üçün onu təxirə salmasıdır. Daxili narahatlıq bir neçə səbəbdən yarana bilər. Uğursuzluq qorxusu; "işə başlayaram birdən alınmaz və onun haqqında yanlış fikir formalaşar" fikrinə fokuslanmaq. Perfeksionizm; "Mükəmməl etməliyəm" qorxusu ilə işə başlaya bilmir. Motivasiya gözləmək; hərçənd ki, motivasiya işə başladıqda yarana bilir. Məsulliyət daşımaq qorxusu. Yaxud beyin komfort zonadan, rahatlıqdan çıxmaq istəmir. Digər səbəbdən biri; işi məcbur funksiya kimi qəbul edərək daxilən üsyanı başlayır. Tapşırılan işlə məşqul olmaq istəmir və qarşı tərəfə deyə bilmir, eləcə də imtina da edə bilmir, amma özünü məcbur görür və özünü məcbur etdiyi üçün, özünün bu halını sevmir, bir şəkildə işə başlaya bilmir. Yaxud zamanını düzgün planlaya bilmir və tapşırığı yerinə yetirməyi çatdırmır.
Daha dərin səbəblərdən depressiya, emosional tükənmə, özünəinamın aşağı olması, icraedici funksiyaların çətin gəlməsi kimi problemlər ola bilər. Ümumiyyətlə işi ertələyən insan, hər dəfə bu günün işini sabaha qoyduqca bugünkü narahatlığını azaldır, amma sabah həmin narahatlıq bir az da artmış olur. Bu şəkildə beyində böyük yükə çevrilərək insanı taqətdən salır, motivasiyanı zəiflədir, pozitiv düşünməyə, hədəf qurmağa mane olur. Ona görə bu məsələnin kökündə adətən, emosiyanı idarə edə bilməmək dayanır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1084 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1