Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir
Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər.
Lent.az "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər.
Nəticələrə əsasən, pilot və təyyarə bələdçiləri radiasiya ilə əlaqələndirilən xərçəng xəstəliklərindən ölüm göstəricisinə görə ilk sırada yer alıblar.
Alimlər bunun əsas səbəblərindən birinin kosmik radiasiya ola biləcəyini bildiriblər. Təyyarə atmosferdə yüksəldikcə onun heyəti daha çox ionlaşdırıcı şüalanmanın təsirinə məruz qalır.
Araşdırma zamanı 2020-2024-cü illər ərzində qeydə alınmış təxminən 13 milyon ölüm haqqında şəhadətnamə nəzərdən keçirilib. Məlumatlar arasında 14 minə yaxın pilot və 7 min təyyarə bələdçisi də olub.
Tədqiqatçılar süd vəzi və qalxanabənzər vəzi xərçəngi, leykoz, limfoma, melanoma, prostat vəzi xərçəngi, həmçinin beyin və mərkəzi sinir sisteminin şişlərini araşdırıblar. Siqaretin nəticələrə təsir etməməsi üçün ağciyər xərçəngi təhlilə daxil edilməyib.
Nəticələrə görə, radiasiya ilə əlaqələndirilən xəstəliklər təyyarə bələdçiləri arasındakı bütün ölüm hallarının 6,9, pilotlar arasında isə 6,7 faizini təşkil edib. Bu, araşdırılan peşələr arasında ən yüksək göstərici olub.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, aviasiya işçiləri ildə təxminən 3-6 millizivert kosmik radiasiyaya məruz qalırlar. Müqayisə üçün, ölkə boyunca on dəfə gediş-gəliş uçuşu edən sərnişin təxminən 0,4 millizivert şüalanma alır. Beləliklə, ekipaj üzvlərinin illik şüalanma dozası adi sərnişinlərdən 8-15 dəfə çox ola bilər.
Alimlər aviasiya işçiləri üçün xərçəng müayinələrinin daha erkən yaşlarda başlanmasını təklif ediblər. Bununla yanaşı, araşdırmanın yalnız statistik əlaqəni göstərdiyi, kosmik radiasiyanın xərçəngə birbaşa səbəb olduğunu sübut etmədiyi vurğulanıb. Adi sərnişinlərin isə havada daha az vaxt keçirdikləri üçün narahat olmalarına əsas olmadığı bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1