"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz Məhərrəmov

"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz Məhərrəmov"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geopolitik xəritəsinin yenidən formalaşması nöqteyi-nəzərindən strateji dönüş nöqtəsidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan tarixi sənədlər və tərəflərin mətbuata bəyanatları Bakı ilə Daşkənd arasında münasibətlərin artıq bərabərhüquqlu tərəfdaşlıq mərhələsini keçərək dərin inteqrasiya olunmuş müttəfiqlik və əbədi dostluq müstəvisinə qədəm qoyduğunu parlaq şəkildə nümayiş etdirir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Bərhuz Məhərrəmov bildirib.
"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz MəhərrəmovOnun sözlərinə görə, məlumdur ki, dövlət səfərinin siyasi-hüquqi çəkisini şərtləndirən başlıca amil iki ölkə arasında "Əbədi dostluq haqqında Müqavilə"nin təsbit edilməsi və Ali Dövlətlərarası Şuranın fəaliyyət mexanizminin işə salınmasıdır: "Hüquqi doktrina baxımından bu sənəd, tərəflərin suverenlik, ərazi bütövlüyü, milli təhlükəsizlik və beynəlxalq platformalarda qarşılıqlı dəstək prinsipinə əsaslanan institutional öhdəliklərini ən ali səviyyədə möhkəmləndirir. Dövlət başçılarının dünən mətbuata verdiyi bəyanatlarda vurğuladıqları kimi, bu normativ-hüquqi baza sadəcə formal deklarasiya xarakteri daşımır, o, birgə strateji hədəflərə çatmaq üçün siyasi iradənin hüquqi təcəssümüdür.
Liderlərin bəyanatlarında xüsusi diqqət çəkən əsas istiqamətlərdən biri geoiqtisadiyyat və nəqliyyat-logistika sahəsində formalaşan sinerjidir. Prezident İlham Əliyev Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsindəki tezisləri davam etdirərək, mətbuata açıqlamasında da bildirdi ki, Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan və Özbəkistanın birləşdirici tranzit imkanları mühüm qlobal əhəmiyyət kəsb edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətinin artırılması, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizi infrastrukturu ilə inteqrasiyası və yükdaşımaların həcminin hədəflənən göstəricilərə çatdırılması hər iki dövləti regional logistikanın əvəzolunmaz qovşağına çevirir. Eyni zamanda, iqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir. Bəyanatlarda qeyd olunduğu kimi, ilkin kapitalı 500 milyon dollar təşkil edən birgə İnvestisiya Fondunun fəaliyyəti avtomobil sənayesi, energetika, SOCAR-ın Özbəkistan bazarındakı iştirakı daxil olmaqla neft-qaz sektoru, dağ-mədən və kənd təsərrüfatı kimi sferalarda irimiqyaslı layihələrin maliyyələşdirilməsinə real zəmin yaradır. Tərəflərin ticarət dövriyyəsini 1 milyard dollar həddinə çatdırmaq əzmi bu iqtisadi modelin nə qədər dinamik olduğunu göstərir. Səfərin həm də dərin mənəvi və humanitar ölçüsü mövcuddur. Özbəkistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasındakı qardaşlıq töhfəsi - Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına məktəb və digər infrastruktur layihələri dünənki bəyanatlarda xüsusi ehtiramla xatırlandı. Buna cavab olaraq Daşkənddə Nizami Gəncəvi adına
Özbəkistan Milli Pedaqoji Universitetinin açılışı və "Yeni Daşkənd" layihəsində Azərbaycan parkının salınması xalqlararası mədəni tellərin hansı səviyyədə olduğunu göstərən bariz nümunələrdir. Bu təmasların beynəlxalq siyasət kontekstində müşahidə olunan digər mühüm tezisi Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ilə bağlıdır. Dövlət başçısının müsahibəsində də qeyd edildiyi kimi, Bakı və Daşkənd TDT-ni sadəcə regional dialoq platforması kimi deyil, birgə tarixi, mədəniyyəti və strateji maraqları gələcəyə daşıyan, qlobal miqyasda söz sahibi olan inteqrasiya olunmuş güc mərkəzi kimi qiymətləndirirlər.

Liderlərin son beş ildə keçirdiyi 15-dən çox təmas və daimi siyasi konsultasiyalar bu birliyin konseptual xarakter aldığını sübut edir. Görünən odur ki, Şərqi Qafqazda və Cənubi Qafqazda formalaşan yeni sülh və sabitlik reallıqları fonda, Azərbaycan və Özbəkistanın strateji ittifaqı təkcə ikitərəfli maraqlara xidmət etmir, həm də geniş Avrasiya coğrafiyasında təhlükəsizliyin, iqtisadi tərəqqinin və geosiyasi tarazlığın təmin olunmasında həlledici sütun rolunu oynayır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.