Paytaxtda yenə axşam konsertləri təşkil edildi - Fotolar
Artıq üçüncü həftədir ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Xətai rayonundakı "Nizami Gəncəvi", Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı Meşə, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilir.
BiG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, ötən gün sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib.
Qeyd edilməlidir ki, konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.
Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dəsləri keçiblər. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
Konsertlərdə iştirak edən ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.
Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.
























BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 143 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz Məhərrəmov
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geopolitik xəritəsinin yenidən formalaşması nöqteyi-nəzərindən strateji dönüş nöqtəsidir. Səfər çərçivəsind
14:03 148 Azərbaycan-Özbəkistan münasibətləri: Siyasi etimaddan hüquqi təminata
"Azərbaycan və Özbəkistan arasında münasibətlərin sürətli inkişafının arxasında yalnız siyasi iradə və tarixi-mədəni yaxınlıq deyil, eyni zamanda kifayət qədər geniş və sistemli hüquqi baza dayanır. İki ölkə arasında son illərdə imzalanan sənədlər göstərir ki, Bakı ilə Daşkənd arasındakı əlaqələ
12:30 188 Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: qardaşlıqdan strateji tərəfdaşlığa
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi etimadın, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. 23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm səhifələrdən biri kimi tarix
11:42 214 "Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı"
Aktrisa Cəmilə Tağıyeva sosial mediada yazdığı şərhlə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi qayınanası ilə bağlı izləyicilərindən birinin paylaşımına münasibət bildirib. O, şərhində qeyd olunan qayınana obrazının öz qayınanasına bənzədiyini yazıb. "Bu qayınananın türk versiyası məndə var
10:48 199 Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji tərəfdaşlıq
Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib. Bu transformasiya təkcə tarixi, etnik və mənəvi bağlara deyil, həm də Cənubi Qafqaz ilə Mərkəz
15:50 117 Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlığın yüksəlişi
23 avqust 2026-cı il Azərbaycan və Özbəkistan münasibətlərinin tarixində xüsusi siyasi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıql
11:41 145 40° isti, yağış, şimşək - Sabahın havası
Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək
12:48 246 "Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video
Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar. "Qafqazinfo"nun xəbərinə görə, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir. Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpi
14:19 230 Paşinyanın Rusiyadakı səfiri geri çağırmaq qərarı gündəm oldu
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Paşinyan Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginliyi
11:58 152