"Nəqliyyat və tranzit əməkdaşlığının da Azərbaycan-Özbəkistan münasibətlərində xüsusi yer tutur" - millət vəkili Müşfiq Cəfərov
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri həm iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən siyasi, iqtisadi və humanitar münasibətlərinin yüksək inkişafının həm də Azərbaycan-Özbəkistan müttəfiqliyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, bu səfər iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin məntiqi davamı olmaqla yanaşı, Azərbaycan-Özbəkistan müttəfiqliyinin yeni mərhələyə keçidiyini nümayiş etdirdi: "Səfərin gündəliyində yüksəksəviyyəli danışıqların və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi münasibətlərin artıq daha yüksək institusional səviyyəyə yüksəldiyini göstərir. Ümumiyyətlə nəqliyyat və tranzit əməkdaşlığının da Azərbaycan-Özbəkistan münasibətlərində xüsusi yer tutur. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya, Xəzər hövzəsi və daha geniş Avrasiya məkanını birləşdirən marşrutlar üzərində yerləşməsi iki ölkəyə logistika sahəsində mühüm imkanlar yaradır. Buna görə də tranzit əməkdaşlığının genişləndirilməsi yalnız ikitərəfli iqtisadi maraq deyil, həm də Orta Dəhlizin potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan və Özbəkistan münasibətlərinin son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək, müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı iki ölkə liderləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın bu prosesdə xüsusi rol oynadığını qeyd etdi. Həqiqətən də, bu bir reallıqdır, çünki iki ölkənin rəhbərliyi münasibətlərin bügünkü inkişaf səviyyəsinə maraqlıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 787 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
17:26 86 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd
20:15 1 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
20:45 1 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 87 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222