Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

Universitetlərə qəbul imtahanlarının nəticələri - AçıqlandıAli təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb.

***

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tövsiyə olunur ki, hər bir abituriyent dim.gov.az saytında müsabiqə nəticələrinə dair arayışla tanış olsun. Burada müvafiq sütunlarda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna aid dövlət sifarişi üzrə minimal keçid balı və dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasları üzrə minimal keçid balı, sonda isə müsabiqə nəticəsi qeyd olunub. Yəni burada hansı əsasla abituriyent qəbul olunub və ya müsabiqədən keçməyib məsələsi öz əksini tapıb.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır.

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Universitetlərə qəbul imtahanlarının nəticələri - AçıqlandıXatırladaq ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.

Həmçinin 185 abituriyent (I və IV ixtisas qrupları üzrə) Azərbaycan - Fransız Universitetinə (UFAZ), 104 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Abituriyentlər jurnalı avqustun 25-də günün ikinci yarısından etibarən "pdf" formada abiturient.az saytından əldə edə biləcəklər.

Yaxın günlərdə dərc olunacaq "Abituriyent" jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcəkdir.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.