Pensiya kapitalı niyə övlada tam verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiya kapitalı niyə övlada tam verilmir? - İQTİSADÇIDAN AÇIQLAMAVətəndaşların pensiya kapitalının gələcəkdə vərəsələrinə, o cümlədən övladlarına müəyyən hissəsinin verilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. İllərlə əmək fəaliyyəti göstərən və sosial sığorta haqqı ödəyən şəxslərin fərdi hesabında formalaşan pensiya kapitalının taleyi vətəndaşlar arasında da maraq doğurur.

Əsas sual isə budur: əgər vətəndaşın topladığı pensiya kapitalının bir hissəsinin övladına verilməsi mümkün olacaqsa, nə üçün həmin məbləğin tam şəkildə vərəsəyə çatdırılması nəzərdə tutulmur? Bu yanaşmanın iqtisadi və sosial əsasları nədən ibarətdir?
Pensiya kapitalı niyə övlada tam verilmir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, pensiya kapitalının müəyyən hissəsinin vəfat etmiş şəxsin övladlarına verilməsi sosial ədalət baxımından müəyyən məntiqə malik yanaşmadır. Lakin bunun tam məbləğdə deyil, müəyyən faizlə nəzərdə tutulmasının əsas səbəbi pensiya sisteminin mahiyyəti ilə bağlıdır. Onun sözlərinə görə, pensiya kapitalı şəxsin bank hesabında saxlanılan adi pul vəsaiti deyil, gələcək pensiya ödənişlərinin hesablanması üçün formalaşan sosial sığorta göstəricisidir: "Bu vəsait həm də sığorta sisteminin ümumi maliyyə yükünün və digər öhdəliklərin təmin edilməsində nəzərə alınır. Ona görə də kapitalın tam şəkildə miras kimi verilməsi mövcud pensiya sisteminin maliyyə mexanizminə ciddi təsir göstərə bilər.

Müəyyən hissənin övladlara verilməsi isə həm vətəndaşın pensiya kapitalının ailəyə müəyyən formada ötürülməsini təmin edir, həm də dövlətin sosial sığorta sisteminin maliyyə dayanıqlığını qorumağa imkan yaradır. Burada əsas məsələ həmin faizin ədalətli müəyyənləşdirilməsi və vətəndaşların hüquqlarının mümkün qədər geniş qorunmasıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.