Diplomatik sənəddən daha artıq: Azərbaycan-Özbəkistan "Əbədi Dostluğu"nun tarixi kökləri

Diplomatik sənəddən daha artıq: Azərbaycan-Özbəkistan "Əbədi Dostluğu"nun tarixi kökləri"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində tarixi əhəmiyyət daşıyan bir sənəd imzalanıb. Söhbət "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilə"dən gedir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, 3 avqust 2024-cü ildə Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə Azərbaycan və Özbəkistan artıq müttəfiq dövlətlərə çevrilmişdi. Bununla da Özbəkistan Azərbaycanın rəsmi səviyyədə tanınan ikinci müttəfiqi oldu:

"Lakin ötən müddət ərzində iki ölkə arasında münasibətlər daha da inkişaf etdi və faktiki olaraq "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin çərçivəsini aşdı. Bu baxımdan, münasibətlərin siyasi mahiyyətini daha aydın və sistemli şəkildə ifadə edən yeni sənədə ehtiyac yaranmışdı. Çox keçmədən belə bir sənədin imzalanması isə Azərbaycan-Özbəkistan münasibətlərinin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirdi.

Yeni imzalanan müqavilənin adı da xüsusi diqqət çəkir. Çünki "Əbədi Dostluq" ifadəsi diplomatik sənədlərdə istifadə olunan ənənəvi və ölçülü ifadələrdən fərqlənir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yeni müqaviləyə münasibət bildirərkən məhz bu məqama diqqət çəkib.

Hikmət Hacıyev bildirib:

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq. Onsuz da xalqlarımız əbədi dost idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var ki… Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".

Hikmət Hacıyevin də vurğuladığı kimi, Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq yalnız müasir dövrün siyasi münasibətləri ilə məhdudlaşmır. Tarixin müxtəlif mərhələlərində bu yaxınlığın çoxsaylı nümunələrinə rast gəlmək mümkündür.

Belə nümunələrdən biri də Buxara əmiri Seyid Əbdül-Əhəd xanın Bakıya səfəridir.

Əbdül-Əhəd xan 17 dekabr 1892-ci ildə Bakıya gəlib. Bu səfər bir sıra mühüm məqamları ilə tarixə düşüb. Əmirin yanında oğlu Mir Alim də olub. Sonralar Buxara Əmirliyinin sonuncu hökmdarı olacaq Mir Alim həmin vaxt hələ gənc vəliəhd idi.

Əmirin Bakıya səfəri barədə məlumatlar dövrün "Kaspi" qəzetində, eləcə də Əbdül-Əhəd xanın öz gündəliyində geniş əksini tapıb. Mənbələr onun Bakıda təntənə ilə qarşılandığını, Bakı qubernatoru V.P. Roqqe ilə görüşdüyünü, Həsən bəy Nəbibəyovun evində yerləşdirildiyini və şəhərin rəsmi dairələri tərəfindən qəbul edildiyini göstərir.

Səfərin diqqətçəkən məqamlarından biri də Əbdül-Əhəd xanın Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə görüşməsi olub. Bu görüşdən sonra onların arasında yaxın dostluq münasibətlərinin yarandığı bildirilir.

Bu gün də Azərbaycan Milli Tarix Muzeyində Buxara əmirinin Hacı Zeynalabdin Tağıyevə təqdim etdiyi qiymətli hədiyyələr qorunub saxlanılır. Muzeyin materiallarında Tağıyevin Buxara sarayı ilə münasibətləri, ona təqdim edilmiş hədiyyələr və "Buxara" ordeni ilə təltif olunması barədə məlumatlar yer alır.

Əslində, Əbdül-Əhəd xan Xəzər dənizi vasitəsilə Bakıya gəlib, buradan Tiflis, Moskva və Sankt-Peterburq istiqamətində səfər etməli idi. Lakin Bakıda ona göstərilən hörmət və ehtiram səbəbindən şəhərdə bir müddət qalır. 1893-cü ilin fevralında Rusiyadan qayıdarkən isə yenidən Bakıya gəlir.

Bu gün tarix bir çox baxımdan sanki yenidən təkrarlanır. Əbdül-Əhəd xanın Bakı səfəri, Hacı Zeynalabdin Tağıyevin "Buxara" ordeni ilə təltif olunması ilə Prezident İlham Əliyevin Özbəkistana səfəri və Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi arasında müəyyən paralellər aparmaq mümkündür.

Təbii ki, bu iki hadisə arasında zaman və mahiyyət baxımından ciddi fərqlər var. Lakin hər iki nümunə eyni həqiqətə işarə edir: Azərbaycanla Özbəkistan arasında yaxınlıq müasir diplomatik münasibətlərin yaranması ilə meydana çıxmayıb. Bu münasibətlərin daha dərin və çoxəsrlik tarixi kökləri var.

Bəlkə də "Əbədi Dostluq" ifadəsinin əsas mənası elə bundadır: dostluq diplomatik sənədlə başlamır. Diplomatik sənəd isə sadəcə tarix boyu formalaşmış münasibətlərə dövlət möhürü vurur.

Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında imzalanan "Əbədi Dostluq haqqında Müqavilə"ni yalnız diplomatik sənəd kimi deyil, xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi bağların siyasi müstəvidə ifadəsi kimi qiymətləndirmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.