Torpaq sahəsi başqa şəxsin istifadəsinə verilə bilərmi?-EKSPERTDƏN AÇIQLAMA
"Servitut hüququ - daşınmaz əmlakın, əsasən torpaq sahəsinin, digər daşınmaz əmlakın və ya onun sahibinin müəyyən ehtiyaclarının təmin edilməsi məqsədilə məhdud şəkildə istifadə olunmasına imkan verən əşya hüququdur".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, məsələn, torpaq sahəsinin yola çıxışı yoxdursa və həmin sahəyə başqa real giriş mümkün deyilsə, qonşu torpaq sahəsindən keçid üçün servitut müəyyən edilə bilər:
"Servitut mülkiyyət hüququnu aradan qaldırmır. Yəni torpaq sahəsinin mülkiyyətçisi öz əmlakı üzərində mülkiyyət hüququnu saxlayır. Sadəcə həmin əmlak başqa şəxsin müəyyən edilmiş və məhdud istifadə hüququ ilə yüklənmiş olur.
Servitut müxtəlif məqsədlərlə, o cümlədən keçid və gediş-gəlişin təmin edilməsi, kommunikasiya xətlərinin çəkilməsi və saxlanılması, habelə müəyyən texniki və təsərrüfat ehtiyaclarının qarşılanması üçün müəyyən edilə bilər.
Hüquqi baxımdan burada iki əmlak münasibətini fərqləndirmək vacibdir:
Hakim daşınmaz əmlak - servitutdan faydalanan daşınmaz əmlak;
Xidmət edən daşınmaz əmlak - servitutla yüklənmiş daşınmaz əmlak.
Bundan başqa, servitutdan istifadə əmlak sahibinin hüquqlarını əsassız və həddindən artıq məhdudlaşdırmamalıdır. Servitutun həcmi, məqsədi, istifadə qaydası və mümkün ödəniş məsələləri konkret hüquqi münasibətin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
Başqa sözlə, servitut mülkiyyətçinin əmlakını əlindən almır, sadəcə həmin əmlakdan müəyyən məqsədlə məhdud istifadə hüququ yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 175 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 210 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231