İngilis dilinin qlobal hegemonluğu sona çata bilərmi?

İngilis dilinin qlobal hegemonluğu sona çata bilərmi?"Çin dilinin gələcəkdə ingilis dilini tamamilə əvəz etməsi, qlobal geosiyasi balansdakı dəyişikliklərə baxmayaraq, real görünmür. Çin iqtisadi və texnoloji baxımdan nə qədər güclənsə də, dilin özünəməxsus strukturu, minlərlə heroqlifdən ibarət yazı sistemi və intonasiyaya əsaslanan tələffüz xüsusiyyətləri digər xalqların bu dili asanlıqla mənimsəməsini çətinləşdirən amillərdəndir. Bunun əksinə olaraq, ingilis dili artıq dünyanın rəqəmsal mühitinə, qlobal aviasiya sisteminə, elmi nəşrlərə və kütləvi populyar mədəniyyətə dərindən nüfuz edib. Bu səbəbdən həmin qlobal infrastrukturu tamamilə dəyişdirərək başqa bir dil üzərində yenidən qurmaq real görünmür. Çin dilinin yaxın onilliklərdə ingilis dilini qlobal liderlik mövqeyindən çıxarması ehtimalı azdır. Bununla belə, Çin dilinin qlobal biznes, logistika və diplomatiyada əhəmiyyəti getdikcə arta və ingilis dilinin yanında ən güclü beynəlxalq dillərdən birinə çevrilə bilər".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, ikinci sualla bağlı olaraq qeyd etmək lazımdır ki, rayon və kənd məktəblərində ingilis dili üzrə müəllim çatışmazlığı səbəbindən digər dillərin tədris olunması regional təhsil bərabərsizliyinin yaranmasına səbəb ola bilər. Lakin bu problemin planlı dövlət strategiyası və çevik məktəb idarəçiliyi vasitəsilə aradan qaldırılması mümkündür:

"Bunun əsas həll yollarından biri ucqar ərazilərdə fəaliyyət göstərəcək gənc ingilis dili mütəxəssisləri üçün mənzil və kirayə təminatı, eləcə də əlavə maliyyə və yüksək əməkhaqqı təşviqlərini əhatə edən xüsusi dövlət proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, uzunmüddətli həll mexanizmləri formalaşdırılanadək mövcud problemi qismən azaltmaq üçün rəqəmsal texnologiyalardan daha geniş istifadə edilə bilər. Mərkəzi məktəblərdə çalışan peşəkar müəllimlərin canlı onlayn dərslərinin kənd məktəblərindəki ağıllı lövhələr vasitəsilə şagirdlərə çatdırılması və bir neçə kəndi əhatə edən səyyar müəllim qrafiklərinin hazırlanması bu istiqamətdə effektiv addımlar ola bilər.

Belə metodiki və inzibati tədbirlər həm ucqar ərazilərdə müəllim çatışmazlığının azaldılmasına, həm də kənd məktəblərində təhsil alan uşaqların keyfiyyətli xarici dil təhsilinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 100   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Verilişə kor etdiyi arvadı ilə çıxan Eldəniz qayınatasının qətlinə görə saxlanıldı

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

12:40 204
.

Fransada tornado evlərin damlarını uçurub

Bazar ertəsi axşamı Fransada bir kənddə baş verən qasırğa, ölkəni bürüyən şiddətli fırtınalar nəticəsində evlərin damlarını uçurub. Agence France-Press-in verdiyi məlumata görə, şiddətli hava şəraitində ən azı 41 nəfər xəsarət alıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, yaralılar arasınd

11:55 159
.

Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar

24.08.2026 425
.

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə

24.08.2026 251
.

Netanyahu Tramp və Bessentin İrana qarşı sanksiya təhdidlərini alqışlayır

İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ-ın İranla əlaqələri olan ölkələri hədəf alan yeni sanksiyalarla hədələməsindən sonra Prezident Donald Trampı və Maliyyə Naziri Skott Bessenti təbrik edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Bessent bu gün keçirilən mətbuat konfransında İranla iqtisadi əlaqələr

10:11 329
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyn

10:39 140
.

"Hadrut fatehi"nin xanımı da tələbə oldu

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Bu barədə "Qafqazinfo"ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində "Turizm işinin təşkili"

11:02 192
.

Netanyahu: "İran oğullarımdan birini öldürməyə cəhd etdi"

İranın İsrailin Baş naziri Benyamin Netanyahunun oğluna sui-qəsd cəhdi baş verib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə baş nazir bazar ertəsi günü "Channel 14" telekanalının hərbi müxbiri Noam Əmirlə telefon danışığı zamanı bildirib. Baş nazir bildirib ki, "Bu

11:18 150
.

Məleykə Abbaszadədən təsirli paylaşım

"Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri. Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət İmtaha

14:14 121
.