Macarıstan Ukraynanın AB-yə sürətli üzvlüyünə qarşıdır - POLİTOLOQDAN AÇIQLAMA
Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlük prosesinin sürətləndirilməsinə qarşı çıxır. Budapest formal üzvlük danışıqlarının davam etdirilməsinə maneə yaratmasa da, Kiyevin AB-yə "sürətləndirilmiş" qaydada qəbul edilməsini dəstəkləmir. Macarıstanın mövqeyi Ukraynanın AB-yə inteqrasiyasının mərhələli və müəyyən edilmiş tələblər əsasında aparılmalı olduğu yönündədir.
Məsələ xüsusilə Brüsseldə Ukraynanın üzvlük danışıqlarının növbəti mərhələlərinin açılması ilə bağlı müzakirələr fonunda aktuallaşıb. Macarıstanın mövqeyi AB daxilində Ukraynanın üzvlüyünün sürətləndirilməsini istəyən ölkələrlə Budapest arasında fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsinə ehtiyatlı yanaşması ilk növbədə ölkənin milli maraqları və daxili siyasi hesablamaları ilə bağlıdır. Onun sözlərinə görə, Budapest Ukraynanın Aİ-yə inteqrasiyasına tamamilə qarşı mövqe tutmasa da, prosesin sürətləndirilməsinin tərəfdarı deyil: "Macarıstan üçün əsas məsələlərdən biri Ukraynadakı macar azlığının hüquqları, digəri isə müharibənin davam etdiyi bir ölkənin Aİ-yə sürətli şəkildə qəbul edilməsinin yarada biləcəyi siyasi və iqtisadi risklərdir. Eyni zamanda, bu mövqe Aİ daxilində Ukraynanın üzvlüyünü dəstəkləyən ölkələrlə Budapest arasında fikir ayrılıqlarının davam edəcəyini göstərir.
Macarıstanın mövqeyi Ukraynanın Aİ yolunu tamamilə bağlamır, lakin üzvlük prosesinin sürətləndirilməsinə ciddi əngəl yarada bilər. Xüsusilə Aİ-yə üzvlük bütün dövlətlərin razılığını tələb etdiyindən, Budapestin ehtiyatlı mövqeyi Kiyevin qarşıdakı mərhələlərə keçidini ləngitmək imkanına malikdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 840 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 224 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 221 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 226 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 1 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
19:15 1