Cəzalar törədilən cinayətlərə adekvatdırmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda insan həyatı və sağlamlığı ilə bağlı ağır nəticələrə səbəb olan bəzi əməllərə görə cəzaların kifayət qədər sərt olub-olmaması yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə vəzifəli şəxsin səhlənkarlığı nəticəsində insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan hallar, məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlər zamanı cəzanın törədilmiş əməlin nəticələrinə adekvat olub-olmaması sual doğurur. Məsələn, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya beş ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Bəs insan həyatının itirilməsi ilə nəticələnən belə hallarda mövcud cəzalar kifayət qədər çəkindiricidirmi? Məişət zorakılığı və qadınlara qarşı ağır cinayətlər üzrə də cəzaların sərtləşdirilməsinə ehtiyac varmı, yoxsa problemin həlli yalnız cəzaların artırılmasından keçmir?
Mövzu ilə bağlı hüquqşünas Vüqar Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, cəzaların sərtləşdirilməsi məsələsinə yalnız cəza müddətinin artırılması kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas məqsəd insan həyatı və sağlamlığına qarşı törədilən əməllərə görə məsuliyyətin real və qaçılmaz olmasını təmin etməkdir: "Xüsusilə ölüm və ya ağır xəsarətlə nəticələnən səhlənkarlıq hallarında əməlin nəticəsi ilə təyin olunan cəza arasında adekvatlıq məsələsinə diqqət yetirilməlidir. Eyni yanaşma məişət zorakılığına da şamil olunmalıdır. Çünki zorakılığın təkrar xarakter daşıması və nəticədə daha ağır cinayətə gətirib çıxarması hallarında preventiv mexanizmlərin vaxtında işə düşməsi olduqca vacibdir. Azərbaycan qanunvericiliyində cinayətlərin ağırlıq dərəcəsinə uyğun cəzalandırılması prinsipi mövcuddur.
Cəzaların artırılması müzakirə edilərkən beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin materiallarında da məişət zorakılığına görə sanksiyaların əməlin ağırlığına uyğunlaşdırılmasının vacibliyi vurğulanır. Cəzanın sərtləşdirilməsi müəyyən hallarda zəruri ola bilər, lakin təkcə cəza müddətinin artırılması problemi həll etmir.
Burada əsas məsələ cinayətin qarşısının vaxtında alınması, zərərçəkənin effektiv müdafiəsi və təqsirkarın məsuliyyətdən yayınmamasıdır. Xüsusilə məişət zorakılığında ilk siqnallara ciddi yanaşılmalıdır. Əks halda daha ağır nəticələrin qarşısını almaq çətinləşir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 945 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 175 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 210 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231