Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?
"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir: gəlirlər eyni qaldığı halda artan təhsil haqqını necə ödəmək olar?"
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, xüsusilə bir ailədə iki və ya daha çox övlad universitetdə təhsil alırsa, illik təhsil haqqı ciddi maliyyə yükünə çevrilir. Üstəlik, yol xərcləri, kirayə və ya yataqxana haqqı, kitab, qidalanma və digər tələbə xərcləri də ailə büdcəsinə əlavə yük gətirir. Belə vəziyyətdə ali təhsil artıq yalnız akademik məsələ deyil, həm də ailənin maliyyə imkanlarını ciddi şəkildə sınağa çəkən amilə çevrilir:
"Təhsil haqlarının artırılması müəyyən hallarda zəruri hesab edilirsə, bununla paralel tələbələr üçün güzəştlərin, təqaüdlərin və sosial dəstək mexanizmlərinin genişləndirilməsi də vacibdir. Əks halda yüksək nəticə göstərən, lakin maddi imkanları məhdud olan gənclərin ali təhsil almaq və universitet seçmək imkanları daha da məhdudlaşa bilər.
Əslində məsələ yalnız "təhsil haqqı nə qədərdir?" sualından ibarət deyil. Əsas sual budur: Azərbaycan ailəsi övladının ali təhsil almasını təmin etmək üçün ümumilikdə nə qədər xərc çəkməli olacaq?
Çünki təhsil haqqı tələbənin universitetə ödədiyi məbləğlə məhdudlaşmır. Tələbənin təhsil aldığı müddətdə gündəlik və sosial xərcləri də ailənin üzərinə düşür. Bu səbəbdən ali təhsilin əlçatanlığı yalnız universitetlərin müəyyən etdiyi ödənişlərlə deyil, bütövlükdə tələbənin təhsil müddətində qarşılaşdığı maliyyə yükü ilə qiymətləndirilməlidir.
Ali təhsil cəmiyyətin gələcəyinə qoyulan sərmayədir. Buna görə də bu sərmayənin bütün yükünün yalnız ailələrin çiynində qalması arzuolunan deyil. Gənclərin keyfiyyətli ali təhsil alması üçün həm təhsil müəssisələrinin, həm də dövlətin sosial dəstək imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 752 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258