"ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV

"ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV"ABŞ-da təxminən iki ay sonra keçiriləcək ara seçkilər artıq təkcə Konqres uğrunda mübarizə deyil, eyni zamanda Donald Tramp administrasiyasının fəaliyyətinə veriləcək siyasi qiymət kimi qəbul olunur. Hazırkı mənzərə göstərir ki, Demokratlar müəyyən üstünlük əldə ediblər və bu, Tramp üçün ciddi narahatlıq doğurur. Son sorğularda Demokratların Konqresə seçkilərdə üstünlüyü görünür, Trampın reytinqi isə 33-34 faiz səviyyəsinə qədər geriləyib.

Əslində, ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır. Trampın vəziyyətində isə bu məsələ daha həssasdır. Çünki əgər Respublikaçılar Konqresdə mövqelərini zəiflətsələr, Trampın qarşısında həm qanunvericilik baxımından, həm də siyasi baxımdan daha ciddi maneələr yarana bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, burada Demokratların üstünlüyünün əsas səbəblərindən biri seçicilərin iqtisadi vəziyyətdən, bahalaşmadan və yaşayış xərclərindən narazılığıdır. Son sorğularda seçicilər həyatın bahalaşması ilə mübarizə məsələsində Demokratlara Respublikaçılardan daha çox etimad göstərirlər.

"Hesab edirəm ki, Tramp qarşısındakı əsas təhlükəni artıq görür və buna görə də Respublikaçılar seçki kampaniyasını daha da fəallaşdırırlar. Ancaq burada bir məqamı unutmaq olmaz ki, seçkiyə hələ vaxt var və Amerika siyasətində iki ay çox böyük müddətdir. Bu müddətdə iqtisadi göstəricilər, xarici siyasətdə baş verənlər, enerji qiymətləri və Tramp administrasiyasının atacağı addımlar seçicilərin mövqeyini dəyişə bilər.

Amma indiki tendensiya onu göstərir ki, 2026-cı ilin ara seçkiləri Tramp üçün sadə seçki olmayacaq. Əgər Demokratlar Nümayəndələr Palatasında və ya Senatda ciddi üstünlük qazansalar, bu, Trampın prezidentliyinin ikinci mərhələsində siyasi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər.

Ona görə də qarşıdakı iki ayda ABŞ-da əsas mübarizə yalnız Demokratlarla Respublikaçılar arasında deyil, faktiki olaraq Trampın siyasi kursunun davam edib-etməyəcəyi uğrunda mübarizə olacaq. Məncə, məhz buna görə Trampın özü də bu seçkilərə əvvəlkilərdən daha böyük əhəmiyyət verir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.