Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAYeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarən Bakı məktəblərində təhsilə başlayacağı anlamına gəlir.

Bakı kimi əhalisi sürətlə artan şəhərdə yeni şagirdlərin məktəblərə yerləşdirilməsi, xüsusilə də bəzi ərazilərdə siniflərin həddindən artıq yüklənməsi məsələsini aktuallaşdırır. Bəs 39 mindən çox birinci sinif şagirdinin qəbulu Bakı məktəblərində yer çatışmazlığına səbəb ola bilərmi? Məktəblərin mövcud infrastrukturu bu yükü qarşılamağa imkan verirmi?
Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Bakı məktəblərində ümumi şagird tutumu baxımından bütöv şəhər miqyasında kəskin bir böhran gözlənilməsə də, lokallaşdırılmış sıxlıq və bəzi təhsil müəssisələrində ciddi yer problemi qaçılmazdır. Onun sözlərinə görə, otuz doqquz mindən çox elektron sorğunun varlığı təhsil şəbəkəsinin üzərinə böyük yük qoyur, lakin əsas məsələ şagirdlərin şəhər üzrə qeyri-bərabər paylanmasında üzə çıxır: "Valideynlərin böyük əksəriyyəti övladlarını mərkəzdə yerləşən, infrastrukturu və müəllim heyəti daha zəngin sayılan müəyyən məktəblərə yazdırmağa can atdıqca, həmin təhsil ocaqlarında hər il böyük ajiotaj yaşanır. Ərazidə qeydiyyatda olanlar və ya bacı-qardaşı artıq həmin məktəbdə oxuyanlar üçün prioritet tanındığından, kənardan müraciət edən ailələr üçün arzuladıqları məktəbdə yer tapmaq demək olar ki, imkansızlaşır. Digər tərəfdən, paytaxtın sürətlə genişlənən ətraf qəsəbələrində və yeni salınan yaşayış massivlərində əhalinin məskunlaşma tempi məktəb tikintisinin sürətini üstələyir, bu da həmin ərazilərdəki siniflərin həddindən artıq dolmasına və ya dərslərin ikinci növbəyə keçməsinə səbəb olur. Xüsusilə rus bölməsinə olan yüksək maraq və bu istiqamətdə kvotaların məhdudluğu valideynlərin seçim imkanlarını daha da daraldır.

Rəqəmsal qəbul sistemi hər bir məktəbin fiziki tutumuna uyğun kvota ayırdığı üçün heç bir uşaq təhsildən kənarda qalmayacaq, lakin çoxlu sayda valideyn övladını öz istədiyi yaxınlıqdakı və ya nüfuzlu saydığı məktəbə deyil, boş yeri olan başqa bir təhsil müəssisəsinə qoymaq məcburiyyətində qalacaq. Nəticə etibarilə, otuz doqquz minlik birinci sinif kontingenti şəhər üçün keçilməz bir sədd olmasa da, müəyyən zonalarda və populyar təhsil ocaqlarında sıxlığı son həddə çatdıracaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.