Ekspert: Gələcəyin rəqabəti AI istifadəçiləri deyil, istehsalçıları arasında olacaq
Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişləri müşahidə etmək mümkündür. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr sırasında deyilik.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, hazırda həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellekt həllərinin tətbiqinin genişləndiyini görə bilərik. Elektron xidmətlərdə, bank sektorunda, kibertəhlükəsizlikdə, müştəri xidmətlərində və bir sıra dövlət layihələrində süni intellekt texnologiyalarından istifadə artır. Əlbəttə ki, bu, müsbət haldır:
"Lakin texnologiyadan istifadə etməklə onu yaratmaq arasında böyük fərq var. Hesab edirəm ki, Azərbaycanda əsas prioritet artıq hazır süni intellekt platformalarından istifadənin artırılması deyil, yerli mütəxəssislərin və texnologiyaların inkişafına investisiya qoyulması olmalıdır. Çünki gələcəkdə rəqabət yalnız süni intellekt istifadəçiləri arasında deyil, bu texnologiyanı inkişaf etdirən və istehsal edən ölkələr arasında gedəcək.
Bunun üçün isə yalnız proqramçıların olması kifayət etmir. Süni intellekt ekosisteminin formalaşması böyük həcmdə keyfiyyətli məlumat, güclü server infrastrukturu, yüksək məhsuldarlıqlı hesablama sistemləri və elmi əməkdaşlıq tələb edir. Əgər belə bir ekosistem formalaşmasa, hətta yüksək səviyyəli mütəxəssislərimiz belə xarici platformalardan asılı vəziyyətdə qalacaqlar.
Digər vacib məsələ Azərbaycan dilidir. Dünyadakı böyük süni intellekt modellərinin əksəriyyəti əsasən ingilis dili üzrə daha geniş məlumat bazalarına və resurslara malikdir. Buna görə də Azərbaycan dilində keyfiyyətli süni intellekt sistemlərinin yaradılması, yerli məlumat bazalarının formalaşdırılması və milli texnoloji həllərin hazırlanması gələcək inkişaf üçün əsas istiqamətlərdən biri olmalıdır.
Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız mövcud süni intellekt texnologiyalarından istifadə etmək deyil, gələcəkdə bu sahədə öz məhsullarını yaradan və beynəlxalq bazara çıxaran ölkələr sırasında yer almaq olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258