Vitrində bir qiymət, kassada başqa: supermarketləri hansı cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMA

Vitrində bir qiymət, kassada başqa: supermarketləri hansı cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMAAzərbaycanda alıcıların ən çox üzləşdiyi problemlərdən biri də endirimli məhsulların kassada daha baha qiymətlə hesablanmasıdır. Müştəri vitrində endirim etiketi görərək məhsulu seçir, lakin ödəniş zamanı ona "endirim bitib" və ya "qiymət yenilənib" deyilir. Halbuki qanunvericiliyə əsasən, satışda olan məhsulun vitrində göstərilən qiyməti əsas götürülməli və alıcıdan məhz həmin məbləğ tələb olunmalıdır.

Bu qaydanı pozan supermarketlər isə inzibati məsuliyyət daşıyır və cərimələnə bilər. Bəs belə hallarda istehlakçının hüquqları nələrdir və supermarketləri hansı cəzalar gözləyir?
Vitrində bir qiymət, kassada başqa: supermarketləri hansı cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, qeyd edilən məsələ pərakəndə satış şəbəkələrində tez-tez rast gəlinən və istehlakçıların hüquqlarının birbaşa pozulması ilə nəticələnən hallardan biridir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun və İstehlak mallarının satışı qaydalarına əsasən, satıcı malın üzərində aydın oxunan qiymət etiketinin olmasını təmin etməyə və malı istehlakçıya elə həmin etiketdə göstərilmiş qiymətlə satmağa məcburdur: "Vitrindəki qiymət hüquqi baxımdan birbaşa oferta bərabər tutulduğu üçün kassir kampaniyanın bitməsini bəhanə edərək malı daha baha qiymətə sata bilməz; alıcı məhz vitrində gördüyü qiyməti ödəmək hüququna malikdir. Bu qaydanın pozulması, yəni istehlakçının qiymət məsələsində aldadılması İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır və buna görə fizikişəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manatadək cərimə olunurlar.

Qiymət etiketlərinin ümumiyyətlə olmaması və ya düzgün tərtib edilməməsinə görə isə 442-ci maddəyə əsasən müvafiq olaraq 100-150 manat (fiziki), 500-700 manat (vəzifəli) və 1500-2000 manat (hüquqi) məbləğində cərimələr nəzərdə tutulur. Bu kimi hallarla qarşılaşan vətəndaşlar vitrindəki qiyməti və çeki fiksə edərək Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.