Pentaqon NATO üzrə araşdırmanı aparır: Hegseth üçün noyabrın 6-dək qoşun variantları hazırlanacaq
ABŞ Müdafiə Nazirliyi Avropadakı qoşun yerləşdirmələrinə dair genişmiqyaslı araşdırma aparır. Reuters-in əldə etdiyi sənədə əsasən, Pentaqon ABŞ müdafiə naziri Pit Heqsethə noyabrın 6-dək ən azı dörd fərqli strateji variant təqdim etməyi planlaşdırır. Araşdırmanın yekunlaşdırılması üçün rəsmi son tarix isə dekabr ayıdır. Araşdırma iyun ayında başlayıb və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı NATO müttəfiqləri arasında narahatlıq yaradıb. Əsas məsələ ABŞ-ın Avropada saxladığı təxminən 80 min hərbçinin sayının azaldılıb-azaldılmayacağıdır.
Reuters yazır ki, ABŞ Prezidenti Donald Tramp bəzi NATO ölkələrini İranla müharibə zamanı ABŞ və İsrailə kifayət qədər dəstək verməməkdə ittiham edib. Bu yanaşma Vaşinqtonun Avropadakı hərbi qüvvələrinin gələcəyi ilə bağlı narahatlığı daha da artırıb. Pentaqonun hazırladığı "Terms of Reference" adlı sənəddə ABŞ-ın Avropadakı hərbi bazalarının və strateji infrastrukturunun qiymətləndirilməsi üçün meyarlar müəyyənləşdirilib. Buraya kiberməkan, kosmos və kəşfiyyat imkanları da daxildir.
Sentyabrın 18-dək yüksək səviyyəli ABŞ rəsmiləri arasında bu məsələ ilə bağlı mühüm müzakirələrin keçirilməsi gözlənilir. Görüşlərdə ABŞ-ın Avropadakı ən yüksək səviyyəli hərbi nümayəndəsi və Pentaqonun siyasət üzrə rəhbəri Elbric Kolbi iştirak edəcək.
BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kolbinin NATO-nun Brüsseldəki səfirlərini də araşdırma barədə məlumatlandıracağı gözlənilir. Lakin bəzi Avropa rəsmiləri Vaşinqtonun həqiqətən müttəfiqlərin fikirlərini öyrənib-öyrənmədiyinə şübhə ilə yanaşırlar. Onların bir qismi qərarların artıq verildiyini düşünür. Araşdırmada NATO müttəfiqlərinin ABŞ-a əraziyə giriş, hərbi bazalardan istifadə və hava məkanından keçid imkanları yaratması da qiymətləndiriləcək. Bundan başqa, müttəfiqlərin müdafiə xərclərinə ayırdığı vəsait, transatlantik müdafiə təşəbbüslərində iştirakı və ABŞ-la hərbi əməkdaşlıq səviyyəsi də nəzərdən keçiriləcək.
ABŞ müttəfiqlərinə bu məsələlərlə bağlı xüsusi sorğular göndərib və ölkələrdən cavablar tələb olunub. Pentaqon və Heqsethin komandası bildirir ki, məqsəd əvvəlcədən müəyyən edilmiş bir qərarı əsaslandırmaq deyil, mümkün hərbi yerləşdirmə variantlarının geniş spektrini hazırlamaqdır. Rəsmilər variantların obyektiv meyarlar əsasında hazırlanacağını vurğulayırlar.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258