Rus bölməsində Azərbaycan tarixi Azərbaycan dilində: digər fənlərə də şamil ediləcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Rus bölməsində Azərbaycan tarixi Azərbaycan dilində: digər fənlərə də şamil ediləcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA2026-2027-ci tədris ilindən etibarən tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VII siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda V və VI siniflərdə tətbiq edilən bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də genişləndirilməsi planlaşdırılır. Yeni qərar xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan tarixini hansı dildə mənimsəməsi məsələsini yenidən gündəmə gətirib. Bəs Azərbaycan dilində tarix tədrisinin yuxarı siniflərə genişləndirilməsi nə dərəcədə məqsədəuyğundur?

Bu təcrübə gələcəkdə coğrafiya, ədəbiyyat və digər fənlərə də tətbiq edilə bilərmi? Digər tərəfdən, tarix dərslərinin Azərbaycan dilində keçirilməsi rus bölməsində oxuyan şagirdlərin fənni mənimsəməsinə və akademik nəticələrinə necə təsir göstərəcək?
Rus bölməsində Azərbaycan tarixi Azərbaycan dilində: digər fənlərə də şamil ediləcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, "Axır ki, Elm və Təhsil Nazirliyi doğru istiqamətdə bir addım atdı" demək olar. Çünki sual doğrudan da sadədir: Niyə biz öz tariximizi başqa dilə tərcümə edib sonra yenidən öz uşaqlarımıza öyrətməliyik? Tarixin adı, anlayışları, toponimləri, şəxs adları, dövlətçilik terminləri və milli yaddaşla bağlı ifadələri Azərbaycan dilində daha təbii və daha dəqiq qavramaq mümkündür.

Rus bölməsində oxuyan şagird üçün də bu, mütləq nəticələrin pisləşməsi demək deyil. Əksinə, düzgün metodika tətbiq olunarsa, şagird həm Azərbaycan tarixini daha düzgün mənimsəyə, həm də Azərbaycan dilində tarixi terminologiya və mətnlə işləmək bacarığını inkişaf etdirə bilər. Əlbəttə, burada keçid birdən-birə və hazırlıqsız aparılmamalıdır. Dərsliklərin dili, müəllim hazırlığı, terminoloji baza və şagirdlərin Azərbaycan dili səviyyəsi nəzərə alınmalıdır.

Məncə, daha maraqlı sual budur: Bu prinsip niyə yalnız Azərbaycan tarixi ilə məhdudlaşmalıdır? Məsələn, coğrafiya, ədəbiyyat, vətəndaşlıq, hətta Azərbaycanın dövlət quruluşu və mədəniyyəti ilə birbaşa bağlı digər fənlərin də mərhələli şəkildə Azərbaycan dilində tədrisinə keçilməsi müzakirə edilə bilər. Burada məqsəd rus bölməsini zəiflətmək yox, Azərbaycan dilini ölkənin bütün təhsil sistemində dövlət dili kimi daha möhkəm mövqeyə gətirməkdir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 203
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.