Mal ətinin qiymətində payız bahalaşması gözlənilir
"Hazırkı vəziyyəti nəzərə alsaq, mal ətinin qiymətinin yaxın müddətdə ciddi şəkildə aşağı düşməsi ehtimalı zəif görünür. Əksinə, payız aylarında qiymətlərin bir qədər də artması riski var. Son günlər bəzi rayonlarda mal ətinin qiymətinin 17 manatdan 18 manata, Bakıda isə bəzi satış məntəqələrində 22-23 manata qədər yüksəldiyi bildirilir".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, əsas problem bahalaşmanın yalnız pərakəndə satış mərhələsində yaranmamasıdır. Diri heyvanın alış qiyməti, yem, baytarlıq, daşınma və digər xərclər yüksəldikcə fermerin maya dəyəri artır və bu da son satış qiymətinə təsir göstərir. Eyni zamanda, yerli istehsal daxili tələbatı tam qarşılamaqda çətinlik çəkir. Təklifin məhdudluğu və istehsal xərclərinin artması əsas amillərdən hesab olunur:
"Digər tərəfdən, Azərbaycanda mal əti idxalının artması müəyyən qədər qiymət artımının qarşısını ala bilər. 2026-cı ilin ilk dörd ayında mal əti idxalı həm həcm, həm də dəyər ifadəsində təxminən 40 faiz artıb. Lakin idxalın artması avtomatik olaraq qiymətlərin ucuzlaşacağı anlamına gəlmir. Çünki idxal olunan məhsulun özü də əvvəlki illə müqayisədə daha baha başa gəlir. İlk yeddi ayda ölkənin ümumi ət idxalına xərclədiyi vəsait 19,9 faiz artıb.
Bu baxımdan, daha real ssenari qiymətlərin hazırkı yüksək səviyyədə qalması və payız aylarında müəyyən əlavə artımların qeydə alınmasıdır. Ucuzlaşma yalnız bazara daha çox diri heyvan və ət daxil olarsa, yem və digər istehsal xərcləri sabitləşərsə, eləcə də idxal daxili bazardakı çatışmazlığı daha effektiv şəkildə kompensasiya edərsə mümkün ola bilər.
Yəni yaxın aylarda kəskin ucuzlaşmadan daha çox, yüksək qiymətlərin qorunması və müəyyən bahalaşma ehtimalı daha güclü görünür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 203 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 188 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 258