Makron Ukraynada hərbi təlimləri açıqladı: Fransa qoşun göndərməyə hazırlaşır? - POLİTOLOQDAN AÇIQLAMA
Fransanın Ukrayna müharibəsində iştirakı ilə bağlı planlar yeni mərhələyə keçir. Fransa Prezidenti Emmanuel Makron "İstəkli ölkələr koalisiyası"nın Kiyev görüşündə Ukraynaya dəstək məqsədilə genişmiqyaslı birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan təlimlərdə koalisiyaya daxil olan ölkələrin hərbi qüvvələrinin iştirakı nəzərdə tutulur. Təlimlərin əsas məqsədi mümkün sülh razılaşmasından sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsində Avropa qüvvələrinin hazırlığını və operativ imkanlarını yoxlamaqdır. Bununla yanaşı, Fransa və Böyük Britaniya artıq atəşkəs əldə olunacağı təqdirdə Ukraynada hərbi qüvvələrin yerləşdirilməsi planını hazırlayıb.
Makron daha əvvəl Ukraynada cəbhə xəttində döyüşmək üçün deyil, sülh zonasına yerləşdiriləcək "bir neçə min" avropalı hərbçidən ibarət qüvvədən danışıb. Bu qüvvələrin əsas vəzifələri Ukrayna ordusunun hazırlanması, planlaşdırma və onun hərbi imkanlarının bərpasına dəstək vermək olacaq. Hazırda isə Fransanın Ukraynaya döyüş məqsədilə qoşun göndərməsi barədə qərar verildiyini demək düzgün olmaz. Söhbət əsasən gələcək sülh razılaşmasından sonrakı təhlükəsizlik mexanizmindən və həmin mexanizmə hazırlıq məqsədilə keçiriləcək hərbi təlimlərdən gedir.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Makronun açıqlaması Avropanın Ukrayna məsələsində hərbi məsuliyyəti daha çox öz üzərinə götürməyə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, burada əsas məqam Fransanın və digər Avropa ölkələrinin hazırda birbaşa Rusiya ilə müharibəyə daxil olması deyil: "Söhbət mümkün atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün əvvəlcədən hərbi mexanizmlərin hazırlanmasından gedir. Oktyabr və noyabr aylarında keçiriləcək genişmiqyaslı təlimlər məhz bu baxımdan əhəmiyyətlidir. Avropa ölkələri öz hərbi qüvvələrinin birgə fəaliyyət qabiliyyətini, logistika imkanlarını və mümkün təhlükəsizlik missiyasına hazırlığını yoxlamaq istəyirlər. Eyni zamanda bu addım Rusiyaya siyasi mesajdır ki, Avropa Ukraynanın təhlükəsizlik məsələsindən geri çəkilmək niyyətində deyil.
Digər tərəfdən, belə təlimlərin keçirilməsi Moskvanın narahatlığını və qarşıdurma riskini də artıra bilər. Çünki Rusiya Ukrayna ərazisində Qərb hərbi kontingentinin yerləşdirilməsinə qarşı çıxır. Buna görə də Avropa üçün əsas məsələ Ukraynaya təhlükəsizlik zəmanəti verərkən Rusiya ilə birbaşa hərbi toqquşmaya yol verməməkdir. Mən hesab edirəm ki, bu proses gələcəkdə Fransanın Ukraynada hərbi təlim, logistika və təhlükəsizlik sahəsində daha böyük rol oynamasına gətirib çıxara bilər. Lakin bunu hazırda Fransanın Ukraynaya döyüşmək üçün qoşun göndərməsi kimi qiymətləndirmək düzgün olmaz. Daha çox mümkün sülh və atəşkəsdən sonrakı mərhələyə hazırlıqdan söhbət gedir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 157 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447