Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasında və xammalla təchiz olunmasında xidmətləri olub.

O, şərikli iş qurduğu azərbaycanlı iş adamı, "Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva tərəfindən aldadılaraq 715 min dollar vəsaitinin ələ keçirildiyini deyir: "Məni şəriklik, iş ortaqlığı kimi vədlərlə illərlə aldadan Səkinə Babayevə etibarımı qazandıqdan sonra ayrı-ayrı vaxtlarda Türkiyədən Azərbaycana göndərdiyim toplam 715 000 ABŞ dollar dəyərində malın pulunu illərdir ki, bütün xahişlərim və tələblərimə rəğmən ödəmir. Mən Səkinə Babayeva ilə 2014-cü ildə tanış olmuşam, onun dəvəti ilə Azərbaycana gəldikdə, Bakı şəhərində "Baksol" yolu adlanan ərazidə "fabrika" dediyi yerə gedib baxanda, danışdıqlarının əksinə, bu sahədə çox təcrübəsiz olduğunu anladım. Onun sahibi olduğu tekstil fabrikinin tam qurulması üçün əlimdən nə gəlirsə, köməklik etdim və 2020-ci ilədək Səkinə Babayevaya istehsal üçün lazım olan tesktil məhsulları göndərdim. Göndərdiyim məhsulların ödənişləri aramızdakı razılaşmaya görə ABŞ dollar ilə ödənilirdi. 2020-ci ildə yuxarıda da qeyd etdiyim kimi, COVİD-19 pandemiyası zamanı tibbi maska istehsalı üçün avadanlıq və xammal göndərilməsində iştirak etdim. Bir daha qeyd edirəm ki, mən həm avadanlığı, həm də xammalı ozamankı dəyərindən on qatlarla ucuz qiymətə göndərirdim. Ağır günlərdə doğma Azərbaycanımıza kömək üçün artıq qazanc güdmədən gecə-gündüz çalışdıq.

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"Lakin pandemiyadan sonra yenidən əvvəlki kimi tekstil məhsullarını göndərdiyim zaman artıq Səkinə Babayeva məhsulların pulunu ödəməməyə başladı. Mən aramızda qarşılıqlı güvən olduğunu düşündüyüm üçün məhsul göndərilməsini dayandırmadım. Məhsulların hamısı Türkiyə Respublikasından Azərbaycan Respublikasına "ölkədən çıxma idxal bəyannaməsi" ilə göndərilib".

Ercan Koçak əlavə edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.

İttihamlarda adı keçən "Bakı Tekstil Fabriki"nin direktoru Səkinə Babayeva ilə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında iddiaları təkzib etdi. Xanım sahibkar Ercan Koçakın bir neçə ildir onu və övladlarını şantaj etdiyini, müxtəlif yollarla təhdid edərək pul almaq istədiyini iddia edib: "Biz onun atası Elemdar Koçakla 12 il əvvəl birgə iş qurmuşuq və fəaliyyət göstərmişik, həmin dövrdə hər şey qaydasında idi. Alemdar Koçak vəfat etdikdən sonra oğlu Ercan Koçak mənim oğlumla şərikli iş qurub. Mənim onunla heç bir ortaqlığım yoxdur və dediklərinin hamısı şər-böhtan xarakterlidir. Belə ki, oğlum onunla birgə qurduğu işdən çıxmaq üçün Türkiyədəki evini sataraq ödədi, həmçinin Bakıda Ercana 180 min manat ödəniş edilib. Bundan sonra E.Koçak ona hər hansı borcumuzun olmamasına dair sənədi də imzalayıb. Lakin sonradan hansısa şəxslərin yönləndirməsi ilə, hansısa düşüncələrə qapılaraq yenidən hədə-qorxu üsuluna əl atmaqla pul əldə etmək fikrinə düşüb. Həmçinin qeyd etmək istəyirəm ki, sahibkarlar arasındakı biznes narazılıqları və sair iqtisadi məsələlər olduğundan məsələ İqtisadi Məhkəmənin predmetidir. Lakin bu şəxs 2 aydan artıqdır polisə müraciət edib. Əgər mənim əməllərimdə hər hansı qeyri-qanuni tərkib olardısa, barəmdə cinayət işi açılardı. Lakin elə bir hal yoxdur, ola da bilməz. Biz Türkiyədən aldığımız bütün malların gömrük rəsmiləşdirməsini, ödənişləri, vergi bəyannamələri hamısını qanunvericiliyə uyğun şəkildə təmin etmişik. Onların göndərdikləri dəzgahların da hamısı işlənmiş və yararsız olduğuna görə fəaliyyətsiz qalıb. Bütün bunlara dair sənədləri də aidiyyəti qurumlara təqdim etmişik".

İş adamı əlavə edib ki, pandemiya dövründə gücləndirilmiş rejimdə işləyiblər və 4 milyon manatdan artıq ziyan ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.