"Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?

"Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?- "Süni intellekt həkimin əvəzedicisi deyil, onun ən güclü köməkçisidir" yanaşması daha doğru olar. Bəs Sİ-nin həkimi əvəz edəcəyi fikri doğrudurmu?

"Xeyr, bu fikir doğru deyil. Süni intellekt bir "insan" deyil, bir "alətdir". O, həkimin yerinə keçə bilməz. Çünki tibb yalnız diaqnoz qoymaqdan ibarət deyil. Bu sahə həm də empatiya, etik qərarvermə və mürəkkəb klinik təcrübə tələb edir. Süni intellektin hissləri, məsuliyyət duyğusu və pasiyentlə emosional bağ qurmaq qabiliyyəti yoxdur".

Bunu BiG.AZ-a açıqlamasında Xəzər Universitetinin İT departament rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti Fərid Musayev bildirib.

- Süni intellekt həkimə necə kömək edir?

Süni intellekt həkimin əvəzinə keçmir, onun "supergüclü gözü və beyni" rolunu oynayır.

İlk növbədə, sürətli diaqnostika imkanları yaradır. Sİ minlərlə rentgen, MRT və KT görüntüsünü qısa müddətdə analiz edərək insan gözündən yayına biləcək kiçik patologiyaları müəyyənləşdirməyə kömək edə bilər.

Digər mühüm üstünlük böyük həcmli məlumatların dəqiq analizidir. Süni intellekt genomik məlumatları, laboratoriya nəticələrini və digər tibbi göstəriciləri təhlil edərək xəstəliyin gedişatını və gələcək riskləri proqnozlaşdırmağa kömək edə bilər.

Bundan əlavə, fərdiləşdirilmiş tibbin inkişafında da Sİ-nin imkanları genişdir. Pasiyentin genetik xüsusiyyətləri və digər tibbi göstəriciləri əsasında ona uyğun dərman və müalicə planının hazırlanmasına dəstək göstərə bilər.

- Bəs əsas risklər və çəkindirici məqamlar hansılardır? Niyə süni intellektə tam etibar etmək olmaz?

Burada bir neçə mühüm məqam var. İlk növbədə, "qara qutu" problemi mövcuddur. Süni intellektin bəzi hallarda müəyyən nəticəyə hansı əsasla gəldiyini izah etmək çətin olur. Bu isə şəffaflıq baxımından ciddi suallar yaradır.

Digər risk məlumatların keyfiyyəti ilə bağlıdır. Əgər süni intellekti öyrədən məlumatlar yanlış və ya qərəzlidirsə, sistem də səhv nəticə verə, hətta yanlış diaqnostik qərara səbəb ola bilər.

Məsuliyyət məsələsi də xüsusi əhəmiyyət daşıyır. Süni intellektin verdiyi tövsiyə əsasında səhv diaqnoz qoyulduqda məsuliyyəti kimin daşıyacağı - proqram təminatçısının, yoxsa həkimin - hələ də tam aydınlaşdırılmamış hüquqi məsələlərdəndir.

Nəticə etibarilə, "süni intellekt həkimin yerini alacaq" demək doğru yanaşma deyil. Daha real yanaşma budur ki, süni intellektdən istifadə edən həkimlər texnologiyadan istifadə etməyən həkimlər qarşısında üstünlük qazana bilərlər.

Sİ həkimin rəqibi deyil. O, həkimin səhvlərini minimuma endirməyə, diaqnostika prosesini sürətləndirməyə və xəstənin həyatını xilas etmək üçün həkimə əlavə vaxt qazandırmağa kömək edən güclü vasitədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.