Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.
"Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib.
Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının "iPhone" markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.
O, həmçinin "TikTok" sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb.
O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, "Mərkəz" adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, 1 cüt 200 manat dəyərində qızıl sırğa və 1 ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2000 manat istəyib.
Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, "Azadlıq" metrostansiyasının yaxınlığında - görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.
Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 989 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 222 Güllü Muradovanın həyat yoldaşı həbs edildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
10:36 297 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 208 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 213 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168