Bakıda tarixi abidələrdə qanunsuz rekonstruksiya işləri aparılıb - Prokurorluq məlumat yaydı

Bakıda tarixi abidələrdə qanunsuz rekonstruksiya işləri aparılıb - Prokurorluq məlumat yaydıTarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür.

"Qafqazinfo" xəbər verir ki, paytaxtın Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, habelə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunvericiliyin tələbləri pozulmaqla, müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, tarix və mədəniyyət abidələrinin qorunması dövlət tərəfindən təmin olunur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan həyata keçirilməsinə yol verilmir.

Xəbərdarlıq qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətini istisna etmir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı müəyyən edilmiş tələblərin pozulması, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.

Bununla yanaşı, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunda nəzərdə tutulmuş hallarda qəsdən korlanması və ya məhv edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər həmin Məcəllənin 246-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər.

Tarix və mədəniyyət abidələri xalqımızın milli-mədəni irsinin mühüm hissəsidir. Onların tarixi və memarlıq xüsusiyyətlərinin qorunması milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

"Vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsinə götürülmüş abidələrdə hər hansı təmir, bərpa, yenidənqurma və digər işlər aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş tələblərə və razılaşdırma prosedurlarına ciddi əməl etməyə çağırırıq.

Tarixi və mədəni irsimizin qorunması həm hüquqi, həm də mənəvi məsuliyyətdir", - prokurorluğun məlumatında vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.