Dünyanın ən məşhur əti - XX əsrdə hamı ala bilmirdi

Dünyanın ən məşhur əti - XX əsrdə hamı ala bilmirdiXX əsrin böyük hissəsi ərzində bahalı və yalnız azlıq üçün əlçatan olan toyuq əti XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşr müəyyən edib ki, son üç-dörd ildə dünyada toyuq əti istehsalının artım tempi yüksəlib və hazırda onun istehlakının azaldığı bazar tapmaq çətindir. Dünyada toyuqların sayı 2006-cı ildəki 48,3 milyarddan 2023-cü ildə 76,2 milyarda çatıb.

"Financial Times" xatırladıb ki, ötən əsrin böyük hissəsi ərzində toyuq əti dünyanın ən populyar əti adına əsas namizəd olmayıb. Mal əti yüksək statusu, donuz əti isə böyük istehsal həcmi ilə seçilib. Toyuqlar isə əsasən yumurta üçün yetişdirilib. Lakin sonradan vəziyyət dəyişib. Seleksiya işləri böyümə sürətini və formasını yaxşılaşdırıb. İstehsal dövrləri qısalıb, qiymətlər isə aşağı düşüb.

Toyuq ətinin sənaye üsulu ilə istehsalı modelini ilk olaraq ABŞ hazırlayıb. Lakin ölkə artıq bu seqmentdə dominant mövqeyə malik deyil. Dünyanın ən böyük ixracatçısı olan Braziliya 2024-cü ildə xarici bazarlara təxminən 4,9 milyon ton toyuq əti tədarük edib. 2000-ci ildə bu göstərici təxminən 910 min ton olub. 2022-ci ildə isə toyuq əti istehsal həcminə görə donuz ətini geridə qoyub.

Bu məhsula tələbat həm zəngin ölkələrdə, həm də inkişaf etməkdə olan bazarlarda artır. Buna mal ətinin yüksək qiymətləri, zülalla zəngin qidalanma rejimləri, sürətli xidmət göstərən restoranlar şəbəkəsinin genişlənməsi, eləcə də toyuq ətinin demək olar ki, istənilən mətbəxə, dinə və qiymət seqmentinə uyğun olması təsir göstərir.

Qlobal miqyasda istehsal son iki onillik ərzində ildə təxminən 2-2,5 faiz artıb. Son üç-dörd ildə isə artım tempi 3 faizdən çox olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 204
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 180
.

Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur

Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl

11:05 163
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 207
.

Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca

16:22 115
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 206
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 160
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 167
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 198
.