"Söz başqa, əməl başqa" - Bəhruz Quliyev Paşinyanın açıqlamasını şərh etdi

"Söz başqa, əməl başqa" - Bəhruz Quliyev Paşinyanın açıqlamasını şərh etdi"Paşinyanın son açıqlamasında diqqət çəkən əsas məqam onun Qarabağ məsələsində artıq reallığı açıq şəkildə qəbul etməsidir. Jurnalistin "torpaqlarımız işğal olunub" ifadəsinə münasibət bildirərkən, əgər Qarabağ nəzərdə tutulursa, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deməsi, əslində, Ermənistan rəhbərinin əvvəlki ritorikasından ciddi şəkildə fərqlənən mövqedir.

Amma burada mühüm bir təzad ortaya çıxır: söz başqa, əməl başqa. Əgər Qarabağın Azərbaycanın ərazisi olduğu qəbul edilirsə, onda Ermənistanın Azərbaycana qarşı keçmiş ərazi iddialarından tamamilə imtina etməsi, bu mövqeyi hüquqi və siyasi sənədlərdə də rəsmiləşdirməsi vacibdir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Paşinyan bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, digər tərəfdən isə Kərki kimi məsələləri Ermənistanın "itirilmiş əraziləri" kontekstində təqdim edir:

"Bu isə göstərir ki, İrəvan hələ də daxili auditoriya ilə beynəlxalq ictimaiyyət arasında fərqli mesajlar verməyə çalışır. Son açıqlamalarında Paşinyanın Kərki məsələsini Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə əlaqələndirməsi də bunu göstərir.

Hesab edirəm ki, artıq regionda sözlərdən çox konkret addımların zamanıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu məsələ tarixə çevrilib. İndi əsas məsələ Ermənistanın həmin reallığı yalnız tribunadan deyil, dövlət siyasətində, konstitusion yanaşmasında və imzalanacaq sülh sənədlərində də təsdiq etməsidir.

Paşinyanın Qarabağla bağlı reallığı etiraf etməsi müsbət addımdır. Amma bu etirafın siyasi nəticəsi olmalıdır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, keçmişin ziddiyyətli ritorikasından tamamilə uzaqlaşmalı, Azərbaycanın ərazi bütövlüyünü şərtsiz tanımalı və qarşılıqlı ərazi iddialarına son qoymalıdır.

Çünki Azərbaycan üçün məsələ artıq bəyanat məsələsi deyil. Azərbaycan üçün əsas olan beynəlxalq hüququn, ərazi bütövlüyünün və tarixi ədalətin praktik şəkildə təmin edilməsidir. Paşinyan da bunu anlayırsa, növbəti mərhələ söz yox, konkret addımlar mərhələsi olmalıdır".

B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.