Rəqəmsal mühit genişlənir: iqtisadiyyat və əmək bazarında nələr dəyişir?

Rəqəmsal mühit genişlənir: iqtisadiyyat və əmək bazarında nələr dəyişir?"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların tətbiqi istehsalın səmərəliliyini artırır, məhsul və xidmətlərin keyfiyyətini yüksəldir, vaxt və resurslara qənaət etməyə imkan verir".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, avtomatlaşdırma və rəqəmsal idarəetmə sistemlərinin geniş tətbiqi müəssisələrin əməliyyat xərclərini azaltmaqla yanaşı, iş proseslərinin optimallaşdırılmasına da şərait yaradır. Elektron ticarətin, rəqəmsal platformaların və startap ekosisteminin inkişafı isə iqtisadi fəaliyyət üçün yeni imkanlar formalaşdırır. Eyni zamanda, inkişaf etmiş rəqəmsal infrastruktur yerli və xarici investorlar üçün daha əlverişli biznes mühitinin yaranmasına kömək edir:

"Rəqəmsal mühitin genişlənməsi nəticəsində e-ticarət, fintex, platforma iqtisadiyyatı və "gig economy" - frilans iqtisadiyyatı kimi yeni sektorlar meydana çıxıb. Rəqəmsal ödəniş sistemləri və mobil bankçılıq maliyyə xidmətlərinə çıxışı genişləndirir. Bu imkanlar xüsusilə bank filiallarının məhdud olduğu bölgələrdə insanların maliyyə xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradır.

Süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və digər rəqəmsal həllərin tətbiqinin genişlənməsi iqtisadiyyatla yanaşı, təhsil və idarəetmə sahələrində də yeni imkanlar yaradır. Onlayn təhsil platformaları və rəqəmsal resurslar insanların yeni bilik və bacarıqlar əldə etməsini, eləcə də ömürboyu öyrənmə imkanlarından yararlanmasını asanlaşdırır. Bununla yanaşı, rəqəmsallaşma əmək bazarında da dəyişikliklərə səbəb olur. Yeni peşələr və ixtisaslar yaranır, bəzi ənənəvi peşələrə tələbat isə azalır.

Rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri də dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Elektron hökumət xidmətləri, o cümlədən "ASAN xidmət" və "myGov" kimi platformalar vətəndaşların dövlət xidmətlərindən daha operativ və əlçatan şəkildə yararlanmasına imkan verir. Bu proses bürokratik prosedurların azalmasına, şəffaflığın artırılmasına və vətəndaş-dövlət münasibətlərinin sadələşdirilməsinə xidmət edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması isə vergi ödənişlərinin idarə olunmasını və büdcə gəlirlərinin toplanmasını daha səmərəli edə bilər.

İnternet və rəqəmsal xidmətlərin geniş yayılması ucqar bölgələrin də iqtisadi fəaliyyətə daha asan inteqrasiyasına imkan verir. Bu baxımdan rəqəmsal infrastruktur yalnız şəhərlərin deyil, regionların inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, müəyyən çağırışlar da mövcuddur. Rəqəmsal bərabərsizliyin azaldılması, kibertəhlükəsizliyin təmin edilməsi, şəxsi məlumatların qorunması və əhalinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi əsas məsələlər sırasındadır. Rəqəmsal texnologiyaların yaratdığı imkanlardan cəmiyyətin bütün təbəqələrinin bərabər şəkildə yararlanması üçün həm infrastruktura, həm təhsilə, həm də effektiv tənzimləmə siyasətinə investisiyaların artırılması vacibdir.

Ümumilikdə, rəqəmsallaşma iqtisadi artımın, məhsuldarlığın və innovasiyanın əsas mühərriklərindən birinə çevrilib. Lakin bu prosesin dayanıqlı və inklüziv olması üçün texnoloji yeniliklərlə yanaşı, insan kapitalının inkişafına, rəqəmsal savadlılığın artırılmasına və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına da xüsusi diqqət yetirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.